Ukrayna mərhələli şəkildə NATO-ya qəbul edilə bilər
Ukrayna mərhələli şəkildə NATO-ya qəbul edilə bilər.
KONKRET.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.
Onun fikrincə, əvvəlcə Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsi yalnız Kiyevin faktiki suveren gücə malik olduğu ərazilərə şamil edilə bilər.
Almaniyanın "RND" media qrupunun jurnalisti sabiq baş katibdən Ukraynanın yalnız bir hissəsinin, məsələn, qərb ərazisinin NATO-ya qoşulmasını mümkün hesab edib-etmədiyini soruşub.
"Bu, əlbəttə, çətindir. Hər şey Ukraynanın qərarlarından asılı olacaq", – deyə Alyansın keçmiş baş katibi cavab verib.
Nümunə olaraq o, 1955-ci ildə Qərbi Almaniyanın ittifaqa qəbulunu göstərib.
"Məsələn, razılaşdırıla bilər ki, NATO Nizamnaməsinin 5-ci maddəsi üzrə yardım öhdəlikləri yalnız Kiyev hökumətinin faktiki suveren səlahiyyətə malik olduğu ərazilərə hücum ediləcəyi təqdirdə yerinə yetiriləcək", – deyə o təklif edib.
Rasmussen hesab edir ki, belə bir qərar qəbul olunarsa, Ukraynanın NATO-ya yolu açılacaq.
Onun fikrincə, 2024-cü ildə keçiriləcək növbəti sammitdə Kiyevə dəvət göndərmək mümkün olacaq.
Xatırladaq ki, Ukrayna 30 sentyabr 2022-ci ildə NATO-ya sürətlə daxil olmaq üçün müraciət edib. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, daxil olmaq üçün şərtlərdən biri Ukraynanın Rusiya üzərində qələbəsidir. Vilnüsdə sabah, iyulun 11-də başlayacaq sammitdə bu məsələ müzakirə olunacaq.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi