Ukrayna telekanalı Azərbaycan səfirinin müsahibəsini yayımlayıb - FOTO/VİDEO
Ukrayna telekanalı Azərbaycan səfirinin müsahibəsini yayımlayıb - FOTO/VİDEO
Azərbaycan ilə Ukrayna arasında dostluq əlaqələrində ən uğurlu məqam siyasi münasibətlərdə hər hansı fikir ayrılığının olmamasıdır. Hər iki ölkə beynəlxalq arenada bir-birinin ədalətli mövqeyini açıq şəkildə müdafiə edir.
AZƏRTAC xəbər verir ki, bu fikri "Ukrayna 24" telekanalına müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova söyləyib.
Səfir bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir, qarşılıqlı etimad göstərirlər. Ancaq iqtisadi münasibətləri inkişaf etdirmək, ticarət dövriyyəsini artırmaq lazımdır. Bunun üçün mövcud potensialdan maksimum istifadə etmək vacibdir.
"Azərbaycan bir sıra beynəlxalq nəqliyyat layihələrinin müəllifidir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaları sahəsindəki potensialdan yetərincə istifadə edilməlidir. Burada yükdaşımalarında sərfəli tarif məsələsi müzakirə edilərək həllini tapmalıdır. Bundan başqa, GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılması layihəsi müzakirə olunur.
Burada da əsas problem tarifin müəyyənləşdirilməsi, gömrük məsələləridir. Bu istiqamətdə də müzakirələr davam etdirilir", - deyə Elmira Axundova bildirib.
Müsahibəsində təhsil mövzusuna da toxunan diplomat Ukraynada təxminən 7 min azərbaycanlının təhsil aldığını söyləyib.
Qeyd edək ki, müsahibədən əvvəl Elmira Axundova "Ukrayna" və "Ukrayna 24" telekanallarının İnformasiya yayımı üzrə direktoru Yuriy Qusak və "Ukrayna 24" telekanalının baş redaktoru Vitaliy Tarasov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Ukrayna telekanalları arasında əməkdaşlığın qurulması, birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.



Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."