Ukraynada azərbaycanlı mer bıçaqlandı: vəziyyəti ağırdır
Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin 61 yaşlı azərbaycanlı meri Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə focus.ua yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə mayın 26-da səhər saatlarında baş verib.
Xəbərdə bildirilir ki, H.İsayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, sinə nahiyəsindən yaralanıb.
Hücum edən şəxs hadisə yerindən qaçıb və hazırda polis onu axtarır.
Yerli mətbuatın yazdığına görə, hücum edən şəxs fermer olub və hadisə merin kabinetində baş verib.
Xəbərdə bildirilir ki, azərbaycanəsilli Hilal İsayev Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi" adlı özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə Batkivşina partiyasından Dnepropetrovsk Vilayət Şurasının deputatı seçilib. 2019-cu ildə İsayev eyni partiyadan Ukrayna Ali Radaya namizəd olub, lakin seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA