Ukraynada Nizami Gəncəvinin heykəli ucaldılacaq

Ukraynada Nizami Gəncəvinin heykəli ucaldılacaqUkraynada, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli ucaldılacaq.
Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova ilə Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıb.
E.Axundova bildirib ki, 2021-ci ilin dahi şair "Nizami Gəncəvi İli" elan edilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək Ukraynanın Xarkov və Kiyev şəhərlərində mütəfəkkirin heykəli ucaldılacaq: "Sizə və rəhbər heyətinizə universitetin Nəbatat Bağında Nizami Gəncəvinin heykəlinin ucaldılmasına verdiyiniz səmimi dəstəyə görə təşəkkür edirəm. Bu, bir daha Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Azərbaycan Ukraynanın səmimi dəstəyinin 44 günlük Vətən müharibəsində də şahidi oldu".
Səfir deyib ki, Nəbatat Bağında Nizami Gəncəvinin heykəli ətrafında təmir-bərpa işləri də həyata keçiriləcək. Bu işlər isə Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyi tərəfindən yerinə yetiriləcək. Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədovdur.
V.Buqrov öz növbəsində vurğulayıb ki, Nizami Gəncəvi kimi dahi bir mütəfəkkirin Kiyevdə heykəlinin ucaldılmasından məmnundur: "Bu hadisə Ukrayna və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ukraynada Azərbaycanın tanınmış simalarının heykəlləri olduğu kimi, Azərbaycanda da bizim ölkənin tarixi şəxsiyyətlərinin heykəlləri mövcuddur. Bu praktikanı inkişaf etdirmək yalnız xoş təəssürat yaradır".
Tədbirdə iştirak edən Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev isə heykəl ətrafında xüsusi fəvvarənin inşa ediləcəyini, ora gələn şəhər sakinlərinin istirahəti üçün digər müvafiq işlərin aparılacağını qeyd edib.
Sonda Taras Şevçenko adına Kiyev Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişinin yenidən imzalanması, azərbaycanlı tələbələrin Ukraynada təhsili və digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib

Dünya       Tarix: 28 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber xəbər.az cəbhədən canlı xeberler bu gun