"Ukraynada sülh üçün şans var" - Makron
Makron bildirib ki, Ukraynada sülh üçün şans var.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukraynada sülh üçün şans var,
"Sülh perspektivi var və nə vaxtsa görünəcək", – deyə Makron Romada dünya sülhünü möhkəmləndirmək yollarının tapılmasına həsr olunmuş konfransda bildirib.
"Və konkret məqamda hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq və Ukrayna xalqı, onların liderləri şərtlərlə bağlı qərar verdikdə, qarşı tərəflə sülh sazişi qurmaq mümkün olacaq", – deyə Makron əlavə edib.
Fransa Ukraynada müharibə başlayandan sonra Qərbin diplomatik kanallarını Moskva ilə açıq saxlamağın vacibliyini dəfələrlə vurğulayıb.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar günü Fransa Silahlı Qüvvələri naziri Sebastyan Lekornu, həmçinin ABŞ müdafiə naziri Lloyd Ostin, Böyük Britaniya və Türkiyə müdafiə nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqlarında Ukraynadakı vəziyyəti müzakirə edib.
Xuraman Etibarlı,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü