Ukraynalı deputat: 'Azərbaycan öz ərazi bütövlüyünün təhlükəsizliyini təmin edir
"Biz başa düşürük ki, Azərbaycan suverenliyini təmin etməlidir və ərazi bütövlüyünə qarşı təhdidlərə layiqli cavab verir".
Bunu Report-un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı Svyatoslav Yuraş bildirib.
O bildirib ki, Ukrayna Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər zaman açıq və aydın mövqe ortaya qoyub:
"Rəsmi Kiyev ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini dəstəkləyir. Azərbaycan gələcəyinin necə olacağını məhz özü müəyyən etməlidir. Odur ki, biz sərhədlərin dəyişdirilməsini qəbul etmirik, çünki bunun öz ölkəmizdə nə ilə nəticələndiyini görürük. Məsələn, Rusiya Krım və Donbasın işğalı vasitəsilə bütün Ukraynanı da işğal etməyə çalışıb. Buna görə də digər ölkələrin, xüsusilə Sovet İttifaqının dəhşətli dövrlərini birgə keçdiyimiz dövlətlərin ərazilərinin işğalını dəstəkləmirik".
S.Yuraş vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünün bərpası ilə bağlı proses hələ yeni başlayıb. Onun sözlərinə görə, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın sərhədlərinə qarşı olan olan təhlükələri birmənalı pisləyirik.
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı