Ukraynalı futbolçulardan Makrona QƏRİBƏ XAHİŞ
Ukraynanın 21 yaşadək futbolçulardan ibarət gənclər komandası Fransa prezidenti Emmanuel Makrona, Paris meri Ann Hidalqoya, Fransanın idman naziri Ameli Oudea-Kasterə və 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təşkilatçılarına müraciət ünvanlayıb.
KONKRET.az Tribuna.com-a istinadən xəbər verir ki, futbolçular Rusiya və Belarus idmançılarının Oyunlara buraxılmamasını xahiş edirlər.
Məktubda milli komandanın futbolçuları və məşqçilər korpusu vurğulayıb ki, Olimpiadaya bitərəf statusda buraxılmış bəzi rusiyalı idmançılar Rusiyanın Ukraynaya hücumuna haqq qazandırırlar. Bu əsasda rusların Oyunlara buraxılmaması daha məqsədəuyğundur.
Qeyd edək ki, dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarını 2024-cü ildə Paris Olimpiadasına neytral statusda qəbul edib. Bununla belə, idmançılar iştirak etmək üçün bir neçə sənəd imzalamalıdırlar. Ukraynanın gənclər və idman naziri Matvey Bednı deyib ki, komitənin qərarı ukraynalı idmançıların yarışlarda iştirakını qeyri-mümkün edir. Onun sözlərinə görə, Olimpiadanın boykot edilməsi Ukrayna idmançılarına zərbə vuracaq.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi