Ukraynalı məhbusun cinsi orqanını kəsib öldürən hərbçinin kimliyi məlum oldu

Ukraynalı məhbusun cinsi orqanını kəsib öldürən hərbçinin kimliyi məlum oldu"Insider" və "Bellingcat" araşdırmalar mərkəzləri ukraynalı məhbusun cinsi orqanının kəsilib öldürüldüyü videoda hadisəni tərədən rusiyalı hərbçinin kimliyini müəyyən edib. Həmçinin qətlin harada törədildiyi də aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu hərbçinin "Axmat" çeçen batalyonunun tuvalı döyüşçüsü olduğu üzə çıxıb. O, jurnalistlərlə söhbətində bu qənaətin doğru olduğunu dolayı da olsa təsdiqləyib.
İyulun sonunda "Telegram" kanallarında hərbi əsirlərə işgəncə verilməsini əks etdirən videolar yayılıb. İki videoda Rusiya ordusunun hərbi geyimində olan əsgərlər əvvəlcə əsirin cinsi orqanını bıçaqla kəsirlər, sonra isə başından güllə ilə öldürürlər. Bu videonun əsas "qəhrəmanı" kovboy şlyapalı hərbçidir. Jurnalistlər onu digər videolarda, həmçinin "Azot" zavodundan olan görüntüdə tapıblar.
Müstəntiqlər üz tanıma xidmətlərindən istifadə etməklə onun kimliyini müəyyən ediblər. Məlum olub ki, adı Oçur-Suqe Monquş olan hərbçi Tuvadandır. Fotoya əsasən, Monquş əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib.
"The Insider" ilə söhbətində Monquş bildirib ki, heç kimə işgəncə verməyib, sadəcə rusiyalı jurnalistləri müşayiət edib. Həmin video isə montajdır. Eyni zamanda Monquş jurnalistlərin tapdığı "Azot" zavodundan videonun həqiqətən də ona aid olduğunu təsdiqləyib. İşgəncədə iştirakını inkar edən Monquş qarışıq ifadələr verib. O, əsirlə bağlı videoda arxa planda olan maşını heç vaxt görmədiyini deyib. Ancaq "Azot" zavodunun görüntülərində də eyni avtomobil var.

Hadisə       Tarix: 07 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Nigar Fərhaddan yeni xəbər var

"AİD Group" adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərə dəymiş ziyanı ödəməyə başlayıb. KONKRET.azxəbər verir ki, bu barədə -a şikayətçilərdən biri məlumat verib. O bildirib ki, bu gün

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlin

Bakı-Quba yolunda yanğın 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsin

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

Nofəl İbrahimov vəfat etdi

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. unikalaz-a istinadən xəbər verir ki, mərhum Şəki Rayon Mərkəzi Xəstəxanasında çalışıb. N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü - FOTO 

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib. xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb. Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindək

Azərbaycan millisinin məşqçisi vəfat etdi

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib. Azərbaycan Güləş Federasiyasından -a bildirilib ki, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib. 1959-cu il fevralın 1-də Ağsu rayonund

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər.com axsam az xeberler hava proqnozu xeber saytlari