"Ukraynanı Rusiyaya güzəştə getməyə məcbur edəcəklər" – CONSON
Böyük Britaniyanın baş naziri Boris Conson qorxur ki, Ukrayna Rusiya ilə onun maraqlarına xidmət etməyən sülh razılaşması üçün təzyiqlərə məruz qalacaq. Conson hesab edir ki, Rusiyanın qələbəsi "iqtisadi fəlakət" olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazır.
Britaniya baş nazirinin izah etdiyi kimi, bir çox Avropa ölkələri Ukraynadakı hərbi əməliyyatların iqtisadi nəticələrindən qorxur. O, söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib.
"Həddindən artıq çox ölkə deyir ki, bu, lazım olmayan bir Avropa müharibəsidir və buna görə də ukraynalıları pis sülhə sövq etmək, bəlkə də məcbur etmək üçün təzyiq artacaq", – Conson bildirib.
Baş nazirin sözlərinə görə, əgər Rusiya prezidenti Vladimir Putin "Ukraynada öz istəyinə nail ola bilsə", onda bunun nəticələri "beynəlxalq təhlükəsizlik üçün pis olacaq", həmçinin "uzunmüddətli iqtisadi fəlakətə" çevriləcək.
Boris Conson G7 ölkələri və NATO-ya Ukraynada baş verənlərə baxmayaraq, Rusiyaya güzəştə getməməyi tövsiyə edib.
Onun fikrincə, "pis sülh"lə razılaşmaq olmaz, çünki bu, hərbi münaqişənin kəskinləşməsinə səbəb ola bilər.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?