"Ukraynanın gələcəyi NATO-ya üzvlüklə bağlıdır, bütün müttəfiqlər razıdır" - Stoltenberq
"Ukraynanın gələcəyi NATO-ya üzvlüklə bağlıdır, bütün müttəfiqlər bununla razılaşır".
KONKRET.az xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ukraynanın gələcəyi Alyansa üzv olmaqdır, amma indi hərbi dəstək vermək lazımdır.
Alyansın baş katibi Vilnüs sammitinin bir çox səbəblərə görə əhəmiyyətli olacağını vurğulayıb.
"Lakin mən üzv ölkələrin Ukraynaya lazım olan müddətdə dəstək vermək öhdəliyini bir daha təsdiqləmələrini gözləyirəm", – Stoltenberq deyib.
Xüsusilə, o, müttəfiqlərin Ukraynaya müharibədə qalib gəlməsinə və müstəqil və suveren dövlət olaraq qalmasına kömək etmək üçün ona əsaslı hərbi dəstək verməyə bir daha öhdəlik götürəcəyini gözləyir.
"Mən həmçinin gözləyirəm ki, NATO müttəfiqləri Vilnüs sammitində prezident Zelenskinin iştirakı ilə Ukrayna üçün NATO paketinin daha da gücləndirilməsi ilə bağlı razılığa gələcəklər", – Stoltenberq vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi