Ulduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTO

Ulduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTOUlduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTO
Tanınmış britaniyalı musiqiçi, bəstəkar, aktyor, prodüser və əfsanəvi "The Rolling Stones" qrupunun frontmeni Mik Caqqer 80 yaşını qeyd edir.
Qrupun tarixi 1961-ci ildə köhnə sinif yoldaşları Caqqer və Kit Riçardsın dəmiryolu platformasında təsadüfən rastlaşması ilə başlayıb. Mik əlində val qalağını tutmuşdu və Kit onunla musiqi haqqında danışmağa başladı. Məlum oldu ki, köhnə dostlar blüzu və rok-n-rollu sevirlər. Riçards gitarada pis ifa etmirdi, ona görə də Caqqer onu yeni yaranmış "Little Boy Blue & The Blue Boys" qrupuna dəvət etdi. Bir il sonra onlar Londonda (İngiltərə) musiqi qrupuna qoşuldular, 1964-cü ildə debüt albomlarını buraxdılar və bu albom dərhal hitə çevrildi.
Ulduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTO"The Rolling Stones"un uzunömürlü olmasının əsas səbəbi isə Mik Caqqerdir.
Pul öz yerində, amma musiqi tənqidçilərinə görə Caqqer təkcə solo müğənni, ya qrupun adi üzvü deyil. O, frontmen rolunu ixtira edib - həm üslubu təyin edən bir vokalçı, həm də bütün musiqi qrupuna rəng qatan ifaçıdır. 
Caqqer 1998-ci ildə rok-n-rollun Şöhrət Zalına daxil olub, 2003-cü ildə Böyük Britaniya kraliçası II Elizabet onu cəngavər elan edib, 2004-cü ildə musiqiçi Böyük Britaniyanın Musiqi Şöhrət Zalına (UK Music Hall of Fame) daxil olub.
Əfsanəvi ifaçı ad günü üçün özünə hədiyyə də hazırlayıb - Nyu-Yorkdan (ABŞ) 36 yaşlı balerina Melani Hamriklə evlənir. Müxtəlif qadınlardan səkkiz uşaq atasının sevdiyi ilə arasındakı 43 yaş fərqi isə onların heç birini narahat etmir.
Ulduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTOQeyd edək ki, sevgililər arasında münasibət çoxdan başlasa da, Mik əvvəldən evlənmək fikrində olmadığını deyib. Hətta oğulları Devero dünyaya gəldikdə belə (hazırda 6 yaşındadır) o, Melaniyə uşağa dəstək olacağını, ancaq evlilik barədə fikrini dəyişmədiyini deyib. Deyilənlərə görə, Melani Hamrik, ümumiyyətlə, bu barədə israr etməyib, hətta uşaq üçün dəstəkdən imtina edib.
Ulduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTOMik Nyu-Yorkda olanda imkan tapdıqca Melani və oğlunu görməyə çalışsa da, Londonda (İngiltərə) müstəqil yaşamağa üstünlük verib. Lakin illər keçdikcə fikrini dəyişib: Əvvəlcə baş rolunun Melaniyə aid olduğu "Porte Rouge" baletinə musiqi yazıb, hətta məşqlərdə oldu, indi isə onunla evlənir.
Caqqerin rekorduna özü üzərində qələbələr də daxildir: 80-ci illərin sonunda o, spirtli içkilərdən, siqaretdən və narkotiklərdən imtina barədə özünə söz verdi və vədini yerinə yetirdi.
Hazırda 80 yaşında olan Caqqer karyerasını bitirmək fikrində deyil:
"Düşünürəm ki, mənim işim insanları iki saat ərzində yaxşı hiss etdirməkdir. Mənim vəzifəm elə budur".
Ulduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTOUlduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTOUlduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTOUlduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar... - FOTOMənbə: RG.RU / oxu.az

Şou Biznes       Tarix: 27 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün ən son xəbərlər cəbhədən son görüntülər xəbərlər