Un ucuzlaşacaq? - AÇIQLAMA

Un ucuzlaşacaq? - AÇIQLAMADövlət Statistika Komitəsinin unun qiyməti ilə bağlı açıqladığı rəqəmlər müzakirəsiz ötüşməyib. Komitənin məlumatına görə, may ayı ilə müqayisədə ölkə bazarında unun qiymətində artım müşahidə olunur. Belə ki mayda 50 kiloqramlıq un kisəsinin qiyməti 25-26 manat idisə, indi o, 29 manata qədər yüksəlib. Müzakirələr zamanı artımın rayonlarda daha çox müşahidə edildiyi bildirilib. Məsələn, Qaxda un 34 manatdırsa, Masallıda 35 manatdır. Qiymətləri dünya ölkələri ilə müqayisə edənlər dünya bazarında unun ucuzlaşdığını deyirlər…
KONKRET.azxəbər verir ki,İqtisadçı-ekspert Xalid Kərimli pravda.az-a açıqlamasında daxili bazarda bahalaşmanın səbəblərinə aydınlıq gətirib.
Un ucuzlaşacaq? - AÇIQLAMAO bildirib ki, dünya bazarında unun qiyməti fevralın sonuna qədər ucuzlaşmağa davam edib, mart, aprel, may aylarında isə bahalaşıb: "Əvvəl birjalarda unun tonu 150 funt idisə, qəfil qalxıb 190 funt oldu. İyun ayından yenidən ucuzlaşma başladı. Biz birjadakı qiymətləri deyirik, amma bu qiymətlərin bizim topdansatış bazarına təsiri bir neçə ay vaxt alır. Yəni qiymət dərhal Azərbaycan bazarına təsir göstərmir. Birjada taxılın qiyməti qalxıb-düşür, amma birjada olan proseslərin bizə təsir etməsi üçün müqavilələr, yolda olan malın gəlişi və s. bir az zaman alır. Adətən 3-6 ay, bəzi məhsullarda 6-9 ay vaxt alır, qiymətə təsirini göstərir. Hazırkı qiymətlər mart-aprel ayındakı balahaşmanın təsiridir. İyun ayından qiymət dünya birjasında ucuzlaşıb, amma bizə bir-iki ay sonra təsir edəcək. Sahibkar unu baha qiymətə alıb, ucuza satmayacaq. Növbəti partiyalarda un ucuz gələndə o da ucuz satacaq…"
Ekspert bildirib ki, rəsmi olmasa da, dövlət faktiki un qiymətlərinə nəzarət edir, çünki un strateji məhsuldur: "Çörəyin, unun qiymətini hökumət müəyyənləşdirmir, lakin kifayət qədər həssas məhsul olduğu üçün nəzərət edir ki, dəyirmanlar sui-istifadə etməsinlər. Bir sözlə, iyundakı ucuzlaşma Azərbaycan bazarına sentyabrda təsir edəcək. Hazırda unun qiymətinin Bakıda ucuz, rayonlarda bir az baha olmasında isə yol xərclərinin rolu var. Hər rayonda un anbarı düzəltməyiblər. Yolpulu da qiymətə təsir göstərir".
X.Kərimli əlavə edib: "Azərbaycanda iyul ayından dizel yanacağının qiyməti qalxıb. Dizel yanacağı da yükdaşımada qiymətlərə təsir edir. Əvvəl sahibkar, daşıyıcı 80 manat yolpulu verirdisə, indi bu rəqəm 100 manat olub. Dizel yanacağı 25% bahalaşıbsa, sahibkar bunu öz cibindən vermir, un kisəsinin qiymətinin üstünə gəlir. Yəni dizelin bahalaşması daşıma xərclərini artırır və məhsulların qiymətinə təsir göstərir. Hələ təsirləri hiss edəcəyik. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər kifayət qədər reallığı əks etdirir. Şübhə edirlərsə, bazarda unun qiymətini soruşub dəqiqləşdirə bilərlər".

Sosial       Tarix: 18 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı en yeni xeberler novruz bayramı son xeberler az