UNESCO-da müharibə zamanı zərər çəkən mədəni irsin vəziyyəti müzakirə olundu
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə "ad hoc" alt komitənin iclasında iştirak etmək məqsədilə UNESCO Baş qərargahının yerləşdiyi Paris şəhərinə səfər edib.
Dövlət Xidmətindən KONKRET.az-a verilən məlumata görə, iclasda "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də sözügedən mexanizmlərin gələcəkdə effektiv tətbiqi istiqamətində müzakirələr aparılıb.
İclasda Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev də iştirak edib.
Nümayəndə heyəti tərəfindən ölkəmizin mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclasın gündəliyində müzakirə edilən mövzu ilə bağlı müvafiq şərhlər verilib və təkliflər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəyə 2021-ci ilin dekabr ayında keçirilən İkinci Protokola Tərəf Ölkələrin 9-cu iclası zamanı yekdil qərara əsasən seçilib.


Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?