Unibankın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz
Əgər banka gələrkən şəxsiyyət vəsiqənizi evdə unutmusunuzsa, narahat olmayın.
azxeber.com xəbər verir ki, rəqəmsal şəxsiyyət vəsiqəsi ilə "Unibank"ın məhsul və xidmətlərindən istifadə edə bilərsiniz. "Unibank"la İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında əməkdaşlıq, müştərilərə əlavə üstünlük yaradıb. Bu, Unibank müştərilərinə filiallarda bankın məhsul və xidmətlərindən şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmədən istifadə imkanı verir.
"Mygov" tətbiqini yüklədikdən və daxil olduqdan sonra rəqəmsal şəxsiyyət vəsiqənizi tətbiqdə görə bilərsiniz. Müştəri "mygov" mobil tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu bölüşə və ya QR kodun aşağı hissəsində əks olunan 8 simvoldan ibarət kodu bank əməkdaşına təqdim edə bilər. Bununla da kredit, kart əldə etmək, depozit hesabı açmaq, pul köçürməsi və digər bank xidmətlərindən istifadə mümkün olur.
Rəqəmsal şəxsiyyət vəsiqəsinin "mygov checker" mobil tətbiqi və veb portalı üzərindən verifikasiyadan keçirilməsi mümkündür.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Unibank-Sənin Bankın!

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır