Unudulmuş filmin unudulmamış kadrı
İmarət_Cəlilqızı, filoloq
Bir film vardı, adını da, məzmununu da unutmuşam.
Bircə o yadımdadır ki, filmin qəhrəmanlarını ilan-qurbağa yeyənlər əsir götürürlər və onlara da özlərinin yediyi əcaib yeməklərdən verirlər. Dəstə üzvlərindən olan qız təbi çəkmədiyindən bu yeməklərdən imtina edərək aclığı üstün tutur. Bu zaman əsirlikdəki oğlan yoldaşlarından biri əlində bir neçə meyvə onun yanına gələrək qıza acıq verir. Meyvələri görəndə qızın gözünə işıq gəlir, yalvarır…
Niyə xatırlatdım bu kadrları? O zaman həmin kadrı görəndə düşünmüşdüm ki, bir-iki meyvə ilə bu qızın qarnı doyacaqdı ki? Filmi tamam unutmuşdum, amma həmin fikir heç vaxt yadımdan çıxmadı və çox sonralar anladım ki, bu, təsadüfi bir hal deyilmiş: nağıllarda deyildiyi kimi, ay keçdi, il dolandı, gərdişi-dövran bir səhhət problemi ilə bağlı mənə sübut etdi ki, təkcə meyvə-tərəvəzlə də qarın doyarmış və həm də elə-belə yox, tamamilə doyarmış.
İnanmırsınız, yoxlayaq:
Ən çox xoşladığınız xörəyi bişirin, amma hələ qazanda qalsın. Süfrəyə hər meyvədən, tərəvəzdən bir qədər qoyun. Turşu şirinə qarışdırmamaq şərtilə hərəsindən bir az yeyin. Sonra dərhal qazandakı xörəyi çəkib qoyun süfrəyə, inandırım ki, onu yeməyə iştahınız qalmayacaq. Bəlkə, gözünüz aldana, boşqabınızı doldurasınız ki, yeyəsiniz. Amma bir-iki tikədən sonra getməyəcək.
Doğrudur, bu yeməkdən sonra aclıq hissi özünü əvvəlkindən daha tez hiss etdirəcəkdir. Elə ən gözəli də budur: deməli, yediyiniz artıq həzmə getmişdir, sizin üçün təzə və təmiz qan yaratmaqla məşğuldur. Qoy, o, öz işilə məşğul olsun, siz isə bayaq hansı meyvə-tərəvəzdən dada bilməmisinizsə, indi boşqabınızı onlarla doldurun və … Nuş olsun!..
P.S. Meyvə-tərəvəz barədə heç bir bəhanə tapa bilməzsiniz. Bütün bölgələrimizdə dükan-bazarlar hər fəsildə növbənöv meyvə-tərəvəzlərlə dolub-daşır. Neməti yetirənə şükür!

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var