"Uşaqlarımı mənə qarşı "silah" kimi istifadə edir" - QALMAQALLI AÇIQLAMA
"Uşaqlarımı mənə qarşı "silah" kimi istifadə edir" - QALMAQALLI AÇIQLAMA
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu keçmiş həyat yoldaşından danışıb.
Sənətçi bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, ilk evliliyindən olan övladları ilə görüşmür:
"Onlar ailəlikcə Bakıdan Türkiyəyə köçüblər. Böyük qızım orada təhsil alır. Bu ildən kiçik qızım da orada birinci sinfə gedəcək. Sosial şəbəkə hesabımda paylaşdığım qızlarımın fotoları köhnədir. Böyük qızımın 14 yaşı olacaq. Onlarla heç virtual olaraq sosial şəbəkələrdə belə, ünsiyyətim yoxdur. Onlar üçün çox darıxıram.
Buradan bütün ailələrə və xüsusilə boşanan ailələrə müraciət edirəm ki, uşaqdan "silah" kimi istifadə etməyin. Çünki qohum-əqrəbamda elə bir insan yoxdur ki, övladına mənim qədər nələrsə etsin. Uşaqlarıma nə etmişəmsə min dəfə halal xoşları olsun. Bundan sonra etməyə belə hazıram.
Çox istəyirdim ki, ayrılsaq da, bizim normal ünsiyyətimiz olsun. Ayrılandan sonra münasibətlər yaxşı ola bilməzdi, çünki yaxşı deyildi. Amma elə məsələlər var ki, heç yaxşı olmasını özüm istəmirdim. Sosial şəbəkələrdə bu kimi hadisələri izləyicilər çox qınayırlar. Hərəsi bir şey yazır. Bir dəfə yazdım ki, bəlkə, siz doğruları bilsəniz, mənə heykəl qoyarsınız. Gördüm ki, o qınaqlar səngidi. Elə şeylər var ki, onları danışmaq olmaz. Olmazlar var... Çünki biz ən azından kişiyik".
Qeyd edək ki, H.Məhəmmədoğlu birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. Cütlüyün iki qız övladı var. Musiqiçi daha sonra ikinci dəfə aktrisa və müğənni Aysel İbrahimova ilə ailə qurub. Onların bu nikahdan ötən il Muhammed adlı oğlan övladı dünyaya gəlib. / oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var