Uşaqpulu ilə bağlı yeni xəbər var - VİDEO
Ötən həftə Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov deyib ki, insanlar normal pensiya almaq üçün 35 il işləməlidirlər. Nazirin açıqlaması isə birmənalı qarşılanmayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki, ölkədə yalnız staja görə deyil, həm də yığım məsələsinə görə pensiya tətbiq olunması qaydaları var.
Xezerxeber.az-ın məlumatına görə, komitə sədri qeyd edib ki, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə yaşlı insanların sayı işləyən insanların sayına nisbətən artır.
Son 4 ildə əmək pensiyalarının orta aylıq məbləğinin 120 manatdan çox artdığına diqqət çəkən Tahir Mirkişi gələn il Azəraycanda orta göstəricinin ciddi şəkildə çoxalacağını vurğulayıb. Uşaqpulunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri qeyd edib ki, istənilən halda yardımlar ünvanlı olmalıdır. Ən müasir yanaşma ondan ibarətdir ki, birdən-birə hər kəsə deyil, bu yardımlar ehtiyac müəyyən edildikdən sonra verilsin.
Millət vəkili deyir ki, uşaq pulu ilə bağlı məsələ hökümət ilə Milli Məclisin gündəmindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
/ azxeber.com
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu