ÜST direktoruna ÖLÜM TƏHDİDİ

ÜST direktoruna ÖLÜM TƏHDİDİ"Netflix"də yayımlanan "Konvergensiya: böhran içində cəsarət" adlı sənədli filmdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus nəhayət virusu tanımağa başladıqlarını deyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sənədli film 2020-ci il ərzində Çin, ABŞ, Braziliya və Peru kimi ölkələrdə COVID-19 pandemiyası ilə mübarizə aparan həkimlərin, təcili yardım işçilərinin, xəstələrin işlərindən və həyatlarından danışır.
Filmdə dünyanın sağlamlıq sistemlərinin və siyasi qüvvələrinin bu böhranı necə idarə etdiyinə dair mövzulara yer verilib, eyni zamanda zəngin və kasıb ölkələr arasındakı ayrı-seçkiliyə diqqət çəkilib. ÜST direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, ən böyük məyusluq odur ki, yoxsul ölkələr peyvənd çatışmazlığından əziyyət çəkdiyi halda, zəngin ölkələr gücləndirici dozalara keçib.
Sürətli peyvəndlənmənin dünyanın pandemiyaya qarşı ən böyük silahı olduğu vurğulanan sənədli filmdə zəngin və kasıb ölkələr üçün vaksin tədarükü arasındakı uçurumun davam etdiyi qeyd olunub. Əlavə olunub ki, Amerika Birləşmiş Ştatları bir milyard dozadan çox peyvəndi digər ölkələrə çatdıracağını vəd etsə də, sözünün yalnız beşdə birini yerinə yetirə bilib.
Ümumdünya Səhiyyə Təşkilatının direktoru özünün və həmkarlarının pandemiya dövründə dəfələrlə ölüm təhdidlərinə və irqçi hücumlara məruz qaldığını ifadə edib.
Ölüm təhdidləri ilə əlaqədar efiopiyalı sağlamlıq mütəxəssisi "Buna əhəmiyyət vermirik, çünki insanlar ölürdü. Özümüzü deyil, dünyanı düşündük. Mənim üçün COVID-19 həqiqətən qlobal cəmiyyət olaraq hərəkət etməyə səsləyən çağırışdır" deyib.
ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan isə dünyanı cənginə alan bu virusun mənşəyinin araşdırıldığını bildirib. O, Elmi Məsləhətçi Qrupun (SAGO) COVID-19-un mənşəyini tapmaq üçün son şans ola biləcəyini vurğulayıb. Bundan başqa, Rayan bildirib ki, elmi qrup epidemiya potensialı olan patogenlərin mənşəyini müəyyən etmək və yönəltmək üçün qlobal çərçivə hazırlamağı tövsiyə edəcək.
Aytən Məftun

Dünya       Tarix: 14 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az en son xəbərlər bugün