ÜST koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ - Bu TARİXDƏ BİTİR
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe "Covid-19" epidemiyasının təxminən 10 ay sonra bitəcəyini, ancaq bunun virusun yox olacağı mənasını vermədiyini bildirib.
Publika.az-ın məlumatına gör, bu barədə H.Klüqe Almaniyanın "Die Welt" qəzetinə müsahibə verib.
O deyib ki, 2021-ci ilin də "Covid-19" ili" olacağını təxmin edir:
"İndi vaxtında diaqnoz və peyvənd var, bununla belə pandemiyanın 2022-ci ilin əvvələrində bitəcəyini düşünürəm. Amma epidemiyanın ortadan qalxması virusun tam yox olması mənasını vermir. Sadəcə sərt məhdudlaşdırmalara gərək qalmayacağına ümid edirəm".
ÜST rəsmisi qeyd edib ki, epidemiya ilə mübarizədə bu il 3 nüansa diqqət yetirilməlidir:
• peyvəndetmə proqramını sürətləndirilməli,
• yeni mutasiyalara qarşı peyvəndlərin adaptasiya edilməli,
• ictimai məsafə və digər sağlıq tədbirlərinin davam etməlidir.
"Epidemiya tədbirlərindən insanlar yorulub, amma səbirli olmamız lazımdır", - H.Klüqe əlavə edib.
Hüseyn
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək