ÜST: koronavirusla mübarizədə yolun 60%-i qət olunub, amma
Bəşəriyyət koronavirusla mübarizədə yolun 60%-ə qədərini qət edib, lakin hələ gözlənilməz maneələr ortaya çıxa bilər.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan KİV-lərə müsahibəsində deyib.
"Ümibvaram ki, biz bu yolun 60%-ni qət etmiş olacağıq. Lakin ola bilər ki, biz yolumuzun üstündə növbəti, gözlənilməz bir dağla qarşılaşaq", — deyə qurumun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hələ ki, "marafon"un sona çatmasından danışmaq tezdir. Çünki qarşıda hansı çətinliklərin ola biləcəyi məlum deyil.
"Yeni variantlarının gözlənilmədən peyda olması pandemiya zamanı baş verən hallardan biridir və bu bizi bir qədər təvazökar olmağa vadar edir", — deyə Svaminatan vurğulayıb.
ÜST nümayəndəsi həmçinin əhalinin infeksiyadan qorunması və gələcəg mutasiyaların qarşısının alınması üçün vaksinasiyanın sürətini artırmağa çağırıb.
Təşkilatın məlumatlarına görə, pandemiyanın əvvəlindən dünyada 236 milyon koronavirusa yoluxma halı qeydə alınıb. İnfeksiya 4,8 milyon insanın həyatına son qoyub. Ən ciddi vəziyyət ABŞ, Hindistan və Braziliyada müşahidə olunub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək