ÜST-nin Uhandakı alimlərindən DİQQƏTÇƏKƏN AÇIQLAMA: 4 ehtimal var
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç Uhana gedən ÜST-nin işçi heyətinin əldə etdiyi detal və araşdırmaların nəticələrini paylaşıb.
Publika.az xəbər verir ki, ÜST-nin sözçüsü alimlərin koronavirusun insanlara yoluxması üçün 4 ehtimala diqqət çəkdiklərini bildirib.
"Birincisi, heyvandan (məsələn yarasa) insanlara birbaşa zoonotik yayılma; İkincisi, heyvan növləri vasitəsilə, yəni zoonotik su anbarı heyvanından başqa bir heyvana və oradan insanlara; Üçüncüsü, qida zənciri vasitəsi ilə (məsələn, təbii mühitdə virusa sahib ola biləcək vəhşi heyvanların dondurulmuş əti vasitəsilə); Dördüncüsü isə laboratoriya ilə əlaqəli hadisə nəticəsində", - T.Yasareviç qeyd edib.
O, ikinci ehtimalın ən yüksək olduğunu vurğulayıb və bununla əlaqədar daha çox araşdırma aparılmalı olduğunu deyib: "Sızma ehtimalının və bu kimi hadisələrin baş verməsinin qarşısını almaq üçün əvvəlki illərdə həyata keçirilmiş sağlamlıq monitorinqi və təhlükəsizlik proqramları nəzərdən keçirilib. Tədqiqat proqramları və tapıntılar da müzakirə edilib. Komanda indiyə qədər tapıntılar üzərində işləyib və bu, gələcəkdə daha çox məlumat öyrənməyə kömək olacaq. Bundan əlavə, daha çox məlumat əldə etmək üçün lazımi işlər müəyyənləşdiriləcək. ÜST epidemiyanın başlanğıcından bəri virusun kökünü müəyyən etməyin gələcəkdə baş verə biləcək xəstəliklərin qarşısını almaq üçün vacib olduğunu söyləyib".
ÜST-nin sözçüsü komandanın tam hesabatının gələn həftə ictimaiyyətə açıqlanacağını əlavə edib.
Akqabay

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər