ÜST rəhbərindən ŞOK XƏBƏRDARLIQ: Daha təhlükəli pandemiyaya HAZIRLAŞIN
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.
Bu barədə o, Romada G20-nin maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.
ÜST rəhbəri bildirib ki, Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır.
"Bu pandemiyaya son qoysaq belə, onun bizə öyrətdiyi dərsləri öyrənməli və növbəti pandemiyaya hazırlaşmalıyıq", - ÜST rəhbəri bildirib.
"Bioloji nöqteyi-nəzərindən nə vaxtsa başqa bir virusun olacağına heç bir şübhə yoxdur, biz sadəcə onun qarşısını ala bilməyəcəyik", - əlavə edib.
Qebreyesusun fikrincə, yüksək səviyyəli təhdidlər onlara qarşı mübarizə aparmaq üçün yüksək səviyyəli siyasi iştirak tələb edir. O, bununla əlaqədar G20-ni pandemiyaya hazırlığa, ona cavab tədbirləri ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq sazişin bağlanmasını dəstəkləməyə çağırıb. Bu məsələ ilə bağlı qərarın Ümumdünya Səhiyyə Assambleyasının noyabrda keçiriləcək xüsusi sessiyasında qəbul edilməsi planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri dünyada vaksinlərə çıxışda bərabərliyin olmamasına diqqət çəkib. O xatırladıb ki, hazırda dünya sakinlərinin 36%-i koronavirusa qarşı tam peyvənd olunub, lakin Afrikada bu rəqəm cəmi 6%-dir.
Baş direktor eyni zamanda vurğulayıb ki, peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır. Ona görə də hər bir ölkə bütün vasitələrdən, o cümlədən səhiyyə və sosial sahədə hazırlanmış tədbirlərdən sınaq, müalicə və vaksinlərlə birgə" istifadə etməlidir", - deyə o, yekunlaşdırıb.
Buna görə də hər ölkə səhiyyə və sosial sferada hazırlanmış tədbirlər daxil olmaqla, bütün vasitələrdən istifadə etməlidir.(Report) /publika.az

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm