ÜZÜCÜ XƏBƏR: Yeni və ölümcül epidemiyalar yaxınlaşır
Meşələrin sürətlə məhv edilməsi və biomüxtəlifliyin azalması nəticəsində yeni ölümcül pandemiyalar ortaya çıxa bilər.
Publika.a "The Observer"ə istinadla xəbər verir ki, britaniyalı alimlər uzun tədqiqatlardan sonra bu qənaətə gəliblər.
Onların sözlərinə görə, meşələrin sürətlə məhv edilməsi, əkinçilik ərazilərinin nəzarətsiz genişləndirilməsi, ucqar ərazilərdə mədənlər tikilməsi, vəhşi heyvanların qida, ənənəvi tibb və ya ekzotik ev heyvanları kimi istismarı xəstəliklərin vəhşi aləmdən insanlara birbaşa yoluxması üçün "mükəmməl fırtına" rolunu oynayır.
Alimlər yaranan xəstəliklərin demək olar ki, 2/3-nin ərazi sahələrinin istifadəsindəki dəyişikliklər səbəb olduğunu iddia edirlər. Nəticədə hər il beş-altı yeni pandemiya ortaya çıxa bilər ki, bu da dünya əhalisinə təsir edəcək.
Onların sözlərinə görə, palma ağacları əkmək, mal-qara ferması yaratmaq, neft çıxarmaq və mədən yataqları üçün hər il on milyonlarla hektar cəngəllik və təbii yaşayış yerləri buldozerlə məhv edilir. Bu da əksəriyyəti hələ elmi olaraq təyin olunmamış saysız-hesabsız virus və bakteriya olan bitki örtüyünün, təbii həyatın məhv olmasına səbəb olur. Bu mikroblar isə heyvanlar və insanlar kimi yeni "sığınacaqlara", ordan da yayıla bilər. Buna "yoluxma" deyilir və yeni xəstəliklərin ortaya çıxması ilə nəticələnir.
Alimlər yoluxmanın daha bir yolunun fəhlələrdən qaynaqlandığını bildirib. Onların sözlərinə görə, işçilər ağacları kəsmək üçün cəngəlliklərə gedəndə özləri ilə yemək aparmırlar, burada nə tapsalar ovlayırlar. Buna görə daima infeksiyalara məruz qalırlar.
Bundan başqa ağacların kəsildiyi yerlərdə, tarlaların ətrafında köhnə meşələrin ətrafına boş torpaq sahələri vəhşi heyvanlarla ev heyvanları arasında əlaqəni artırır. Qəribə yeni viruslar daşıyan yarasalar, gəmiricilər və digər zərərvericilər meşə qalıqlarından kəndlərə gəlir, heyvanları infeksiyaya yoluxdururlar, onlardan da insanlara keçir. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək