Vaşinqton İŞ BAŞINDA: Kremlin Qarabağdan ayrılmasına AZ QALDI

Vaşinqton İŞ BAŞINDA: Kremlin Qarabağdan ayrılmasına AZ QALDIBir neçə gündən sonra ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.
KONKRET.azxəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Arorat Mirzoyan açıqlayıb. Görüş ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə baş tutacaq.
İrəvan-Moskva, yaxud xəyanət dolu evlilik
Ermənistan hər sahədə çoxkişili gəzəyən qadın təsiri bağışlayır. Birinin evində qalır, digərinin maşınını sürür, başqası ilə yatır, sevdiyi və sədaqət göstərdiyi isə yoxdur. Məsələn, qaldığı ev Azərbaycana məxsus torpaqda Rusiyanın qanunsuz tikilisi, sürdüyü maşın amerikalıların hədiyyəsi, məşuqu isə Fransadır. Bunlardan heç birinə isə vəfalı deyil. İsbat:
– Paşinyan Soçi görüşündən sonra əvvəlcə bildirdi ki, Rusiyanın mövqeyi Ermənistanla eynidir. Bununla Brüssel prosesi və sülhün Vaşinqton variantına xəyanət edib.
– Ardınca Qarabağdakı sülhməramlıların missiyasının uzadılmasına qarşı olduğunu, Soçi formatının qəbuledilməzliyini və Praqa razılaşmasının sülh üçün daha münasib olduğunu qeyd edib.
Rusiya da vodkadan içib Ermənistan adlı arvadının sərgüzəştlərinə tamaşa edir. Bu lap svinqer intiminə döndü. Ortalıqda tumançaq, yəni heçnəsiz qalanın kimliyi isə hələlik bəlli deyil. Çünki Qərbin sülh variantı Bakı tərəfindən də dəstəklənsə, Rusiya Cənubi Qafqaza barmağın sümürərək baxacaq. Bir əmma odur ki, Ermənistan adlı pis qızın arxasınca ağzının suyunu axıdanlar artıb. Yoxsa, İran da Qafanda Ermənistanla siğə eləməzdi və İrəvanı qırmızı xətt adlandırmazdı. Elə bil, erməni rahibənin qeyrətin çəkmək ayətullaha qalıb.
Ağ Evin kölgəsində
Qərbdən gələn buludlar yox, Cənubi Qafqazda türk hilalının böyüməsi Kremlin kölgəsini azaldıb. Qarabağ danışıqlarında Türkiyə vasitəçiliyinə imkan verməsələr də, hazırda Ankara və Tbilisi İrəvanla Bakı arasında əsas körpüyə çevrilməkdədir. Erməni mətbuatı Azərbaycan ilə sülh müqaviləsinin Tbilisidə imzalanacağını təsadüfən tirajlamazdı.
O ki qaldı Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqton görüşünə, bu, Ağ Evin kölgəsində sülhə nail olmaq kimi anlaşıla bilər. Çünki Soçi görüşündən əvvəl Bakıda da, İrəvanda da sülhün Vaşinqton variantının daha əlverişli olduğu barədə söz-söhbət gəzirdi. Elə Putin də Valdayda Qarabağ ilə bağlı erməni sualına cavabda sülhün Vaşinqton variantından bəhs edərkən yerində vurnuxur, haylara üstüörtülü "miatsum" vədləri verirdi. Bütün bunlar isə Bakını da Rusiya barədə düşünməyə vadar edib. Çünki onlar həll olunmuş münaqişəni yenidən alovlandırmaq, imzalanmaq üzrə olan sülh sazişinə "sülhməramlı əngəli" soxuşdurmaq istəyirlər. Belə olan halda Kreml özünü zərərsizləşdirir, ya da təsirsiz hala gətirir. Qarabağ da Kremlin kölgəsindən tam çıxmağa yaxındır. Bu gedişlə Kremlin kölgəsi elə Putinin kölgəsi boyda olacaq. Yəni 1 metr 68 santimetr.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 03 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber