Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, əslən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan separatçı Vaaqn Çaxalyan Ermənistanda saxlanılıb.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat yayıb.
Vəkilin sözlərinə görə, Çaxalyan hazırda Ermənistan İstintaq Komitəsinin binasında saxlanılır.
Məlumata əsasən, Vaaqn Çaxalyan "Kamk" təşəbbüs qrupunun lideridir və ölkədə müxalifət fəaliyyətində fəal iştirak edir. O, daha əvvəl Gürcüstanda "Cavaxh" hərəkatının lideri kimi tanınıb.
Çaxalyan 2009-cu ildə Gürcüstanda kütləvi iğtişaşlarda iştirak, qanunsuz odlu silah saxlamaq və xuliqanlıq ittihamları ilə saxlanılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ildə amnistiya nəticəsində azadlığa buraxılıb.
Bəzi məlumatlara görə o, İrəvana hökumət əleyhinə iğtişaşlar törətmək və dövlət çevrilişi etmək üçün gəlibmiş.
Qeyd edək ki, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib, bir sıra ağır cinayətlər törədib. Vaaqn Çaxalyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan olunub.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi