Lavrovdan NATO-ya sərt xəbərdarlıq: "Gəmidə üsyan yetişir"

Lavrovdan NATO-ya sərt xəbərdarlıq: Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammitində çıxışı zamanı NATO, İran və beynəlxalq təşkilatlarla bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, Lavrov sammitdəki çıxışında NATO-nun genişlənməsinin heç kimə, o cümlədən alyansın öz üzvlərinə belə fayda vermədiyini bildirib. Onun sözlərinə görə, bu proses alyans daxilindəki fikir ayrılıqlarını daha da dərinləşdirib və artıq "gəmidə üsyan yetişir".
Lavrov eyni zamanda bəyan edib ki, Rusiya İranın sülhməramlı nüvə proqramı üçün lazım olan miqdarda uranı zənginləşdirməyə hazırdır. Bu, Moskvanın Tehranla qarşılıqlı etimada əsaslanan münasibət qurmağa davam etdiyini göstərir.
Nazir çıxışında Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) də tənqid yönəldib. Onun sözlərinə görə, təşkilat İran əleyhinə mümkün hərbi əməliyyatlardan bir neçə gün əvvəl verdiyi dəyərləndirmələrə görə məsuliyyət daşımalıdır, çünki bu açıqlamalar çox zaman qeyri-müəyyən və siyasi xarakter daşıyır. Lavrov qeyd edib ki, MAQATE gələcəkdə siyasi məqsədlərlə istifadə oluna biləcək "süni süjetlərin" qarşısını almalı və obyektiv mövqe nümayiş etdirməlidir.
Lavrov həmçinin vurğulayıb ki, Rusiya dəmir yolu infrastrukturu və körpülərə edilən hücumlar barədə məsələləri beynəlxalq gündəmə daşımaq niyyətində deyil, lakin bütün günahkarlar gec-tez cavab verməli olacaqlar.
Nazirin fikrincə, BRİKS-in genişlənməsi bu platformanın fəaliyyətinə heç bir təhdid yaratmır, əksinə, birliyin real potensialı yeni-yeni üzə çıxır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 08 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat beynelxalq bank mezenne metbuat xeberleri xeber.az 2026