Vecon Consulting' illik hesabatını açıqladı

Vecon Consulting' illik hesabatını açıqladı"Vecon Consulting" şirkəti qiymətləndirmə sektorunun aparıcı şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2023-cü ilin nəticələrini əks etdirən illik hesabat açıqlayıb.
azxeber.com xəbər verir ki, şirkətin illik hesabatında deyilir ki, 2023-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 11,1% artıb. Müvafiq olaraq şirkətin xərcləri 8,9 %, mənfəəti isə 13,6 % artıb.
Yola saldığımız ildə "Vecon Consulting"in işçilərinin sayında da artım olub ki, bu öz növbəsində 13% təşkil edib. İşçilər arasında keyfiyyət şəhadətnaməsinin yüksəldilməsi istiqamətində ciddi nəticə qeydə alınıb:  şirkətin iki mütəxəssisi sertifikata layiq görülüb.
Şirkətin partnyorlarının sayında da ciddi artım qeydə alınıb. 2022-ci ilə nisbətən bu il şirkətin yeni müştərilərinin sayı 21 % artıb.  Ölkədə fəaliyyət göstərən bankların  70% şirkətin partnyorudur, qiymətləndirmə hesabatları isə bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı 2-yə qalxıb. Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkəti ilə əməkdaşlığa start verilib.
Şirkətin müvəkkil təşkilatı olduğu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərin sayı 33 % artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə müraciətlərin sayında isə azalma olub – 2,5 faiz.
"Vecon Consulting" in daimi partnyorlarının yenidən müraciət sayında 19,8% artım qeydə alınıb. 
Şirkətin 13 regional nümayəndəliklərindən  5-i  fərqlənmə sertifikatına layiq görülüb. "Vecon Consulting" Azərbaycanın bölgələrinin 100 faizində təmsilçilik hüququ əldə edib. Bu isə ölkəmizin qiymətləndirmə sektorunda yeganə faktoloji göstəricidir.
Qiymətləndirmə şirkətləri içərisində peşə riskinin sığortalanmasını həyata keçirən ilk şirkətlərdən olan "Vecon Consulting" şirkəti 2023-cü ildə sığorta təminatını 1 milyon manatdan 1,5 milyon manata yüksəldib. 
Şirkət daşınar və daşınmaz əmlakın, inşaat materialların qiymətinin  təhlili sahəsində fərqlənməyi də bacarıb. Bu il ərzində 17  analitik qiymətləndirmə təhlili ictimaiyyətə təqdim olunub. Bunlardan 8-i ödənişli əsaslarla istifadə edilmə şərti ilə tanınmış iqtisadi portallarda yayınlanıb. Bu hesabatlar paytaxtı və regionlar da daxil olmaqla 5 fəaliyyət sahəsini əhatə edib. 
Şirkət sayım və inventarizasiya istiqaməti üzrə xidməti bu ildən etibarən daha da aktivləşdirib.
"Vecon Consulting" 2023-cü ildə komunikasiya imkanlarını,  peşəkar fəaliyyət üçün zəruri olan vasitələrin sayını artırıb. 
Xatırladaq ki, "Vecon Consulting"  qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.
Şirkət tanınmış "JSC International Valuation Centre"  və EVA Gayrimenkul Degerleme şirkətlərinin ölkəmizdəki partnyorudur. Şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. "Vecon Consulting"  MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.
Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, tanınmış iqtisadçı ekspertdir.

Sosial       Tarix: 11 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri sou xeberler ən son xeberler bugünki xəbərlər