Vəfadan Afətə: "Ədəbli ədəbindən susar, ədəbsiz də
Xəbər verdiyimiz kimi, Afət Fərmanqızı və Vəfa Şərifova arasında yaranan mahnı qalmaqalı səngimək bilmir.
Söhbət Ayaz Allahverdiyevin bəstəsi olan "Dağlar oğlu" mahnısından gedir. Qalmaqala səbəb isə Vəfa Şərifovanın mahnını icazəsiz ifa etməsi olub.
azxeber.com xəbər verir ki, Atv telekanalında yayımlanan "Rəngarəng" verilişinə qonaq olan Vəfa Şərifova söz-söhbətə son qoymaq üçün mahnının müəllifindən halallıq aldığını və aralarında problem olmadığını bildirib.
Verilişin gedişatında canlı yayıma telefonla qatılan Afət Fərmanqızı isə Vəfanı yalan danışmaqda ittiham edib. Onun mahnını icazəsiz oxuduğunu və əlində səs yazılarının olduğunu bildirib. Vəfa isə deyilənləri qəbul etməyib.
Afət Fərmanqızı Vəfanın bütün musiqiçilərə hörmətsiz yanaşdığını, onların haqqına girdiyini deyib :
"Dörd nəfər sənət yoldaşımın haqqına girdin. Mahnılarını icazəsiz oxudun. Sən bu qədərmi acizsən ki, hər kəsin çörəyinə bais olursan? Sənətdə də, şəxsi həyatda da hamıdan hər şeyi oğurlayırsan." deyə Vəfanı oğurluqda günahlandırıb.
Vəfa Şərifova, aparıcılara iradını bildirərək telefon bağlantısını kəsməyi xahiş edib:
"Ədəbli ədəbindən susar, ədəbsiz də özü susdurdu zənn edər" deyərək Afət Fərmanqızına cavab verməkdən boyun qaçırdıb.
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var