Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?

Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun hazırda komada olduğu və reanimasiyaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Bəs, qiyamçı polkovnik ləqəbi ilə tanınan Surət Hüseynov əslində kimdir?
Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?azxeber.com onun bioqrafiyasını oxuculara təqdim edir:
Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət edib. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləyib. 
Ermənistanın Azərbaycana hərbi təcavüzünün ardından o, 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb. Yaratdığı batalyon qısa zaman ərzində müharibənin gedişatında önəmli rola sahib olub. 
Məhz buna görə, o zamanki prezident Əbülfəz Elçibəy onu Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrinə təyin edib. S.Hüseynovun batolyonu 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Gülüstan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad etməyə nail olub. Bu xidmətlərinə görə, 9 oktyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?Onu Azərbaycan xalqına daha çox tanıdan çıxartdığı qiyam olub. Belə ki, 4 iyun 1993-cü ildə Elçibəy hakimiyyətinə qarşı qiyam qaldıraraq, ölkəni vətəndaş müharibəsinin astanasına gətirib. Onun bu cəhdindən sonra o zamanki prezident Əbülfəz Elçibəy Naxçıvan Ali Məslicinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.
Surət Hüseynovun bu addımı onun baş nazir vəzifəsinə təyin edilməsinə qədər qaldırıb. Ancaq qiyamçı polkovnik bu vəzidə də çox qalmayıb. O, 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.
Bundan sonra S.Hüseynov 1994-cü ilin oktyabrında yenidən dövlət çevrilişinə cəhd edib. Ancaq onun bu cəhdi baş tutmayıb və ardınca Rusiyaya qaçıb. 
Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. 
Vətəndaş müharibəsini başlatdı, az qala ölkəni parçalayacaqdı... - Komada can çəkişən qiyamçı polkovnik kimdir?Surət Hüseynov 2004-cü ildə həbsdən azad edildikdən sonra xarici ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə bizneslə məşğul idi. Hazırda da onun məhz biznes fəaliyyəti ilə bağlı İstanbula getdiyi bildirilir.
Ayşən 

Siyasi       Tarix: 31 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeberler en son xeber son xəbərlər azərbaycanda xeber.az 2026