Vətəndaşın torpağından yol çəkdi, pulunu vermədi - Məhkəmə 400 min kompensasiya kəsdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşa 394 832 manat kompensasiya ödəyəcək.
KONKRET.az xəbər verir ki, Sumqayıt İnzibati Məhkəməsi bu barədə qərar çıxarıb.
İş materiallarından məlum olur ki, 2008-ci ildə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi zamanı iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi yola düşüb. Həmin vaxt iddiaçıya bildirilib ki, ona kompensasiya ödəniləcək. Lakin yolun tikintisi baş çatsa da, kompensasiya ödənilməyib.
İddiaçının AAYDA-ya müraciətləri nəticəsiz qalıb. Bu baxımdan vətəndaş məhkəməyə üz tutub. O, torpaq sahəsinin yola düşən hissəsinə görə, 495 572 manat kompensasiya və kompensasiyanın vaxtında ödənilməməsinə görə əldən çıxmış fayda olaraq 174 150 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edib.
Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək belə qənaətə gəlib ki, vətəndaşa kompensasiya olaraq 394 832 manat ödənilməlidir. Əldən çıxmış faydaya gəlincə, məhkəməyə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və onun yol tikintisi altına düşməsi nəticəsində iddiaçının mənfəətdən məhrum edilməsi barədə hər hansı dəlil təqdim olunmayıb. Bu baxımdan, məhkəmə iddianın bu hissəsini təmin etməyib.
AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovdur. O, 2017-ci ildən bu vəzifədədir./Qaynarinfo
Kurslar.az kurslar [newsid: 0-123300]

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu