Vətəndaşlar şengen vizası üçün yer tapmır - Ekspert səbəbi AÇIQLADI

Vətəndaşlar şengen vizası üçün yer tapmır - Ekspert səbəbi AÇIQLADIYay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq şengen vizası üçün müraciət edən vətəndaşların sayında artım müşahidə olunur. 
Azərbaycandan Avropa ölkələrinə səfər etmək istəyənlər səfirliklərdə viza üçün müraciət tarixi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. 
Məlumata görə, mövcud yerlər ya ümumiyyətlə yoxdur, ya da yalnız çox uzaq tarixlərə təklif olunur. 
Yerli turistlər isə iddia edirlər ki, bəzi turizm şirkətləri viza müraciəti üçün nəzərdə tutulan vaxtların əksəriyyətini əvvəlcədən tutaraq, onları vətəndaşlara yüksək qiymətə satırlar. 
Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov azxeber.com-a açıqlama verib. 
Ekspert bildirib ki, vətəndaşların müraciətlərinin cavabının gecikməsinə əsas səbəb qarşıdan yay mövsümünün gəlməsidir:
"Hazırda yay mövsümünün yaxınlaşması ilə əlaqədar səyahət edənlərin sayı artıb. Bu isə səfirliklərdə növbələrin yaranmasına və yer sıxlığına səbəb olur. Xüsusilə, Şengen vizası verən səfirliklərin əksəriyyətində onlayn formada növbə götürmək tələbi mövcuddur. Bəzən vətəndaşların sənədlərinə uyğun olaraq bəzi turizm şirkətləri onlara xidmət göstərir və bunun qarşılığında müəyyən xidmət haqqı alırlar. Çünki vizaya müraciət zamanı bir sıra sənədlər tələb olunur və həmin sənədlərin düzgün və qaydalara uyğun şəkildə hazırlanması vacibdir.
Vətəndaşlar şengen vizası üçün yer tapmır - Ekspert səbəbi AÇIQLADIEkspert deyib ki, vətəndaşlar özləri də səfirliklərdən onlayn yer götürə bilərlər: 
"Vətəndaşlar özləri də bunu ala bilərlər. Sadəcə olaraq, əvvəlcədən onlayn növbə götürmək tələb olunur. Lakin bu növbəni əldə etmək bəzən mövsümün sıxlığına görə çətin və vaxt aparan ola bilər. Həmçinin, boş vaxt tapmaq da problemə çevrilə bilər. Təcili hallarda – məsələn, müalicə və ya xəstəliklə əlaqədar vəziyyətlərdə – səfirliyə birbaşa məktub yazmaqla və ya e-mail vasitəsilə müraciət etməklə daha tez məlumat almaq mümkündür. Təhsil məqsədli müraciətlərdə də bu cür hallar mümkündür.
Turistik səfərlərlə bağlı isə adətən növbəni gözləmək zərurəti yaranır. Bəzən səfirliyə məktub yazaraq xahiş etməklə növbədənkənar yer ayrılması da mümkün ola bilər. Buna baxmayaraq, turizm şirkətləri bu sahədə daha peşəkardırlar. Onlar sənədləşmə prosesini, müraciətlərin vaxtında təqdim edilməsini və digər detalları daha düzgün şəkildə idarə edə bilirlər".
Ceyhun Aşurov həmçinin qeyd edib ki, turizm şirkətlərinin süni şəkildə səfirlikdə yerləri tutub sonradan satmaqları halları müşahidə olunmur:
"Bəzi şəxslər düşünür ki, turizm şirkətləri süni şəkildə səfirlikdə yerləri tutub sonra bu yerləri satırlar. Lakin bu, doğru deyil və belə bir hallar müşahidə edilmir. Düşünürəm ki, bu məsələdə müəyyən anlaşılmazlıq mövcuddur. Turizm şirkətləri sadəcə olaraq vətəndaşlara xidmət göstərir və viza prosesinin düzgün şəkildə aparılmasına yardım edirlər. Məktubların tərtibi, formaların doldurulması və digər sənədləşmə işlərini daha peşəkarcasına yerinə yetirirlər.
Əgər vətəndaş tələb olunan sənədləri düzgün formada toplasa, bu vizanın alınması ilə nəticələnə bilər. Lakin bəzi hallarda vətəndaş öz təşəbbüsü ilə müraciət etdikdə, tələblərə uyğun olmayan sənəd təqdim edərsə və ya hər hansı sənəd çatışmazlığı olarsa, bu, müraciətin geri qaytarılması ilə nəticələnə bilər. Ona görə də vətəndaşlar ya özləri bütün qaydalara riayət edərək müraciət edə bilər, ya da müəyyən xidmət haqqı müqabilində bu işi peşəkar turizm şirkətlərinə həvalə edə bilərlər".
Oksana Orucova

Sosial       Tarix: 27 may 2025
f Paylaş

Oxşar xəbərlər

Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi

İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib. xəbər verir ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil sahəsinə məsu

Azərbaycan qlobal enerji dialoqunun mərkəzinə çevrilir – Bakı Enerji Həftəsinin önəmi

Bakıda keçirilən Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq enerji və iqtisadi əməkdaşlıq məkanında mühüm platformaya çevrildiyini göstərir. Bu tədbir təkcə enerji sektorunun texniki müzakirələri ilə məhdudlaşmır, eyni zamand

Qəhrəmanov Vaqifin meyiti tapıldı - FOTO

Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab edilən azərbaycanlının nəşi tapılıb. APA-ya istinadən xəbər verir ki. Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov Rusiya Silahlı Qüvvələrinin tərkibind

Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir' - Ekspert

Azərbaycan Mərkəzi Bankının İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlının sözlərinə görə, statistik göstəricilər göstərir ki, ölkədə maliyy

Bu məktəblərdə I sinfə qəbul başlayır

Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır. xəbər verir ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesind

DİQQƏT: Bu qəpiklər dövriyədən çıxarıla, yeni pul nişanları istifadəyə buraxıla bilər

Azərbaycanda gələcəkdə yeni pul nişanlarının dövriyyəyə buraxılması və aşağı nominallı qəpiklərin istifadədən çıxarılması məsələsi zaman-zaman müzakirə olunur. Bəs belə bir addımın atılması nə dərəcədə realdır?. Mövzu il

Azərbaycanın qaz ehtiyatı nə qədərdir?

Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində çıxışı zamanı mövcud qaz ehtiyatlarımızın ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayə

Neft yenidən ucuzlaşdı

Dünya bazarlarında neft yenidən ucuzlaşıb. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 93,41 dollara, yüngül neftin bir barreli isə 90,16 dollara təklif edilir

Yer kürəsində geomaqnit pozuntuları müşahidə olunur

Yer kürəsində maqnit sahəsinin zəif pozuntuları qeydə alınıb, lakin hələlik maqnit qasırğası başlamayıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Ye


azerbaycan xeberleri son xeberler yeni xeberler sosial yardim en son xeber maraqlı xəbərlər bugunun xeberleri