Veysəloğlu'nun 'İllik Dəyərləndirmə və Gələcəyə Baxış' adlı tədbiri keçirildi - FOTOLAR

Veysəloğlu'nun 'İllik Dəyərləndirmə və Gələcəyə Baxış' adlı tədbiri keçirildi - FOTOLARFevral ayının 28-də Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya yönümlü növbəti tədbirini keçirib.
azxeber.com xəbər verir ki, tədbirə Şirkətlər Qrupunda rəhbər vəzifələrdə çalışan 450-dən artıq əməkdaş iştirak edib. Digər əməkdaşlara isə tədbiri xüsusi proqram vasitəsilə kənardan izləmək imkanı yaradılıb. Tədbirə tanınmış ssenarist və aktyor Azər Aydəmir və "Veysəloğlu"nun əməkdaşı Aysel Fərziyeva aparıcılıq ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni və Veysəloğlu Şirkətlər Qrupunun himninin səslənməsindən sonra, tədbir iştirakçıları "Qalib ölkənin uğurları – 2024" və "VŞQ-də uğurun izləri – 2024" adlı videoçarxları, eləcə də VŞQ-nin 30 illik yubileyə həsr olunmuş imic videosunu izləyiblər. Tədbir Veysəloğlu Qrupa daxil olan şirkətlərin rəhbərləri: Bəxtiyar Allahverdi, Natəvan İbrahimova, Rəşad İbrahimov və Məmmədqulu Süleymanlının iştirakı ilə keçirilən "2024 Uğurlarımız: Çıxardığımız Nəticələr və Gələcəyə Baxış" adlı panel müzakirələri ilə davam edib.
Baş tutan maraqlı müzakirədə şirkət rəhbərləri məsul olduqları sahələrdə il ərzində qazanılan uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs ediblər, onlara ünvanlanan sualları cavablandırıblar. Fasilə zamanı tədbir iştirakçıları zalın müxtəlif yerlərində quraşdırılan Şirkətlər Qrupuna aid "Brandwall"ların önündə çəkdirdikləri fotolarla #GücümüzBirliyimizdədir2025 adlı həştəq ilə maraqlı paylaşımlar ediblər. Tədbir Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Şəhriyar İmanovun gözəl ifalarının sədaları altında şam yeməyi və Şirkətin dəyərləri ilə bağlı keçirilən intellektual oyunla davam edib.
Motivasiya tədbirinin ikinci hissəsi təsis olunan "Vəfa Zirvəsi" adlı nişanın əməkdaşlara təqdimatı ilə başlayıb. Əvvəlcə, ömürlərinin 10 və 15 ilini "Veysəloğlu"da keçirən əməkdaşlara bürünc və gümüşdən hazırlanmış, Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən nişanlar və diplomlar VŞQ-nin təsisçisi və Baş direktoru Aydın Talıbov tərəfindən şəxsən təqdim edilib və onların hər biri ilə xatirə fotosu çəkdirilib. Eyni zamanda VŞQ və əməkdaşın prototipinin ilk təqdimatı da məhz bu tədbirdə baş tutub. Sonra söz Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Aydın Talıbova verilib. Şirkət rəhbəri çıxışında "Veysəloğlu"nun keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib.
Xüsusilə də, "Vəfa Zirvəsi" nişanının təsis edilməsi və onu əməkdaşlara şəxsən təqdim olunmasından zövq aldığını bildirib. Təsisçinin çıxışı yekunlaşandan sonra, o, əməkdaşların ünvanladığı sualları cavablandırıb. Aydın Talıbovun çıxışından sonra proqramda "İlin Nominasiyaları"nın mükafatlandırılması həyata keçirilib. Layihələr barədə VŞQ Baş İcraçı Direktorunun müşaviri, Qiymətləndirmə Komissiyasının sədri İlqar Nuri ətraflı məlumat verib. O, qeyd edib ki, Komissiyaya Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ümumilikdə 85 layihə təqdim edilib, onlardan yalnız 8-i favorit hesab olunub.
Komissiya sədri həmçinin bildirdi ki, onlara bu seçimi etmək çox çətin olub, çünki təqdim olunan layihələrin böyük əksəriyyəti məzmunu və faydalılığı ilə seçilib. "Təsisçidən Özləl Nominasiya" üzrə Şirkətdə çalışan qazi və veteranlara qayğı göstərən "Sizə Minnətdarıq" adlı layihə qalibi mükafatlandırıldı. Bu mükafatı layihə rəhbəri Eldəniz Seyidova Şirkətin təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova təqdim etdi. "İlin Ən Mənfəətli Şirkəti" nominasiyası üzrə qalib Aydın Talıbov tərəfindən "Veysəloğlu Distribusiya" elan olundu.
Sonra ömürlərinin 20 və 25 ildən artıq dönəmini "Veysəloğlu"ya həsr edən əməkdaşlara qızıl və platindən hazırlanmış "Vəfa Zirvəsi" nişanının növbəti təqdimatı keçirilib. Bu nişanlar da əməkdaşlara şəxsən Aydın Talıbov tərəfindən təqdim edilib. Bununla da tədbirdə iştirak edən 189 rəhbər şəxs "Vəfa Zirvəsi" nişanı ilə təltif edildi. Nişanla təltif olunmağı gözləyən 1000-dən artıq əməkdaşa isə bu təltifin mərhələli şəkildə veriləcəyi gözlənilir. "İlin Nominasiyaları"nın mükafatlandırılmasının davamı olaraq "İlin Şirkəti" də elan olunub.
Bu barədə ətraflı məlumat verən VŞQ-nin Maliyyə Direktoru Könül Kərimova çıxışında qeyd edib ki, sözügedən nominasiya üzrə qalibin seçilməsi biznes subyektlərinin göstəricilərinə uyğun rəqəmlərin ətraflı təhlilindən sonra baş tutub. Hamının maraqla gözlədiyi bu məlumatı tədbir iştirakçılarına şəxsən Aydın Talıbov açıqladı. Məlum oldu ki, builki "İlin Şirkəti" nominasiyasının qalibi "Oba" marketlər şəbəkəsi olub. Əməkdaşlar üçün böyük motivasiya ruhu verən bu tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşdı.
Veysəloğlu'nun 'İllik Dəyərləndirmə və Gələcəyə Baxış' adlı tədbiri keçirildi - FOTOLARVeysəloğlu'nun 'İllik Dəyərləndirmə və Gələcəyə Baxış' adlı tədbiri keçirildi - FOTOLARVeysəloğlu'nun 'İllik Dəyərləndirmə və Gələcəyə Baxış' adlı tədbiri keçirildi - FOTOLARVeysəloğlu'nun 'İllik Dəyərləndirmə və Gələcəyə Baxış' adlı tədbiri keçirildi - FOTOLARVeysəloğlu'nun 'İllik Dəyərləndirmə və Gələcəyə Baxış' adlı tədbiri keçirildi - FOTOLAR

İqtisadiyyat       Tarix: 03 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az cəbhədən ən son xəbərlər azerbaycan son xeber bugun sonxeberler