Vəzifəyə təyin olunan Arutyunyanın "canlı ölü" olduğu ortaya çıxdı - FOTO
44 günlük müharibədə ordumuzun dəqiq zərbə ilə sıradan çıxardığı separatçı rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın sağaldığı haqda məlumatlar yalan çıxıb.
Publika.az xəbər verir ki, bir neçə gün öncə Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib.
Ermənistan rəsmiləri Arutyunyanın sağaldığını, hətta müsahibə verdiyini və mühüm vəzifəni icra etmək qabiliyyətində olduğunu deyirlər.
Lakin "iravunk" qəzeti məsələni araşdırıb. Məlum olub ki, Arutyunyan Eribuni Tibb Mərkəzinin reanimasiya şöbəsindədir.
"Mənbəmiz bildirir ki, general huşsuz vəziyyətdədir. Lakin bəzi məmurlar onun sağaldığını iddia edirlər", - qəzet yazır.
Erməni neyrocərrah Marina Xaçatryan da C.Arutyunyanın sağalmaq ehtimalının az olduğunu deyib.
"Generalın ağır beyin zədəsi var, bu qədər tez sağalması və vəzifəyə başlaması inandırıcı deyil. Görünür, onun üzərindən çirkin siyasi oyun oynayırlar", - erməni həkim bildirib.
Asif
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Gürcüstanda oxumaq üçün qaydalar dəyişir
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi