"Vəziyyət qorxuludur" - ABŞ və Rusiya Donbasda döyüşə hazırlaşır
Donbasda növbəti eskalasiya ABŞ və Rusiyanı üz-üzə qoyub.
Publika.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynanı tək qoymayacaqlarını, Rusiyanın aqressiv addımlarına imkan verməyəcəklərini açıqlayıb.
Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Ukrayna Müdafiə naziri Andrey Taran amerikalı həmkarı ilə telefon danışığında Ostin belə deyib.
L.Ostin Ukraynaya dəstək verəcəklərini təsdiqləyib.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın müdaxilə edəcəyi təqdirdə Rusiyanın səssiz qalmayacağını açıqlayıb.
"ABŞ Ukraynaya ordu göndərərsə, bu, Rusiyanın sərhədləri yaxınlığında gərginliyin artması ilə nəticələnə bilər. Bu vəziyyətdə Rusiya təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atacaq", - Peskov bildirib. Lakin o, hansı addımların atılacağını açıqlamayıb.
D.Peskov Donbasda vəziyyətin qorxulu olduğunu da qeyd edib və Ukrayna tərəfini atəşkəsi pozmaqda ittiham edib.
Asif

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək