Vəziyyət yenə gərginləşir - Rusiya ağır texnika ilə yüklənmiş böyük gəmi göndərir
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlunun Suriyanın şimalında türk əsgərlərinə PKK/YPG yaraqlıları tərəfindən son günlər artan hücumlara görə Rusiyanı və ABŞ-ı ittiham etməsinin ardınca Rusiya donanmasının Suriyaya ağır hərbi texnika daşıyan iri desant gəmisi Bosfor boğazından keçib.
Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bosfor boğazından keçən və ağır yük daşıdığı görünən "Orsk" desant gəmisinin fotoları yayılıb.
Xatırladaq ki, Çavuşoğlu bu hücumların dayandırılmayacağı halda Türkiyənin öz başının çarəsinə baxacağı haqda xəbərdarlıq etmişdi.
"Orsk" böyük desant gəmisi 20-yə qədər əsas döyüş tankı və ya 45 BTR, yaxud 50-dən çox yük avtomobili daşıya bilir. Gəminin göyərtəsində sursat olduğu da güman edilir.
Ehtimal edilir ki, Rusiya Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlaya biləcəyini nəzərə alaraq Əsəd ordusuna yeni silah-texnika göndərir. Bundan əvvəl prezident Ərdoğan bəyan etmişdi ki, artıq Türkiyənin səbri daşmaq üzrədir. Xəbərlərə görə, Türkiyə ordusu da son günlər Suriyanın şimalına ağır texnika və artilleriya sistemləri, o cümlədən canlı qüvvə , beton bloklar göndərir.
Ərdoğanla Rusiya Prezidenti Putin arasında sentyabrın 29-da Soçidə keçirilmiş danışıqlarda tərəflər Suriyanın şimalında atəşkəsin qorunmasının vacibliyi haqda razılığa gəlmişdilər. Lakin bəzi ekspertlərə görə, bu uzunmüddətli anlaşma deyil və Suriyanın şimalının Əsəd rejiminin nəzarətinə qaytarılması üçün Rusiya öz fəaliyyətini davam etdirəcək.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm