VİRUS TƏHLÜKƏSİ: Azərbaycanlıların olduğu bina mühasirəyə alındı - Bütün əlaqələr kəsildi (VİDEO)
Çinin Uhan şəhərində koronavirus epidemiyası səbəbiylə təxliyə edilən 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı Ankarada xüsusi hazırlanmış xəstəxanada saxlanılır. İlkin müayinələr zamanı onlarda xoşagəlməz hala rast gəlinməyib.
Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, vətəndaşlarla yanaşı onların təxliyə prosesində iştirak edən 20 heyət üzvü də nəzarət altında saxlanılır. Məlumata görə, onların saxlanılması üçün Ankarada Zekai Tahir Burak Qadın Sağlamlığı Təhsil və Araşdırma xəstəxanasında bütün təhlükəsizlik tədbirləri görülüb.
Bina xüsusi polis qüvvələri tərəfindən qorunur. Ətraf mühitlə əlaqəsi olmayan binanın havası xüsusi qurğular vasitsəsiylə tənzimlənir. Mühasirəyə alınan binaya giriş-çıxışlara heç bir halda icazə verilmir. Məlumata görə, onlar 14 gün bu şəraitdə qalacaq. Çünki koronavirus ən gec özünü iki həftə ərzində biruzə verir.
Anar Türkeş
/publika.az
f Paylaş
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək