Vladimir Putin: 'Bəziləri İrəvanı deyil, Bakını seçir
"Üzrlü say Nikol, (Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edir- red.), Nikol cavab vermədən əvvəl demək istəyirəm ki, Rusiyaya daha çox erməni gəlib, 2 milyondan çox".
Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda VII Şərqi İqtisadi Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bildirib.
Forumun plenar iclasının moderatoru İlya Doronov Ermənistanın Rusiyadan "əmək miqrantlarının axını" ilə üzləşdiyini qeyd edərək Nikol Paşinyandan rusiyalıların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların hansı rol oynadığını soruşub.
Ona cavab olaraq Vladimir Putin deyib: "Üzrlü say, Nikol. O cavab verənədək demək istəyirəm ki, Rusiyaya daha da çox erməni gəlib, 2 milyondan çox. Biz Rusiya biznesinə fayda verən hər addımı alqışlayırıq. Siz İrəvanda işləyib, Moskvada yaşaya bilərsiniz. Buna heç nə mane olmur. Rusiyadan gedənlərin çoxu artıq geri qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir. Kimsə Ermənistanda işləməyi sevirsə, buyursun".
Rusiya Prezident əlavə edib ki, rusiyalıların bəziləri işləmək üçün İrəvanı yox, Bakını seçirlər: "Eləcə də Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb".
///Report

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA