Voleybol üzrə Zəfər Kubokunda finalçılar müəyyənləşdi
İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avrora Group"la birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunda yarmfinal görüşləri keçirilib.
KONKRET.az-ın məlumatına görə, "Zəngilan" və "Kəlbəcər" komandaları arasındakı ilk yarımfinal qarşılaşmasından əvvəl fəxri qonaqlar qismində AFV-in baş katibi Fərid Xəlilov və "Murov" voleybol klubunun prezidenti Zaur Hüseynov çıxış ediblər.
İAM-ın sədri Elşən Məmmədov tədbir iştirakçılarını salamlayıb və komandalara uğurlar arzulayıb.
Fərid Xəlilov bu cür yarışın təşkilində iştirak etmələrindən məmnunluq ifadə edib: "Hər biriniz öz sahənizdə sözünüzü demiş insanlarsınız. Sizə yarımfinal oyununda uğurlar arzulayıram. İnanırıq ki, ənənəvi olaraq keçirilən növbəti yarışlarda komanda sayı daha da artacaq".
Zaur Hüseynov turnirin əhəmiyyətindən bəhs edib: "Əvvəl işğal olunmuş regionlarla bağlı təəssüf hissi ilə danışırdıq. Bu gün isə Zəngilan, Kəlbəcər və digər torpaqlarımız artıq işğaldan azad edilib. Şəhidlərimizə Allah rəhmət etsin. Qazilərə can sağlığı arzulayıram. Yarışda güclü olan qalib gəlsin".
Ardınca, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra qarşılaşma start götürüb. Gərgin mübarizə şəraitində keçən görüşün ilk setində "Zəngilan" üstün olsa da, "Kəlbəcər" geridönüş etməyi bacarıb.də 2:1 (19:25; 25:17; 15:12) hesabı ilə qalib gələrək adını finala yazdırıb.
"Şuşa" və "Suqovuşan" komandaları arasındakı ikinci yarımfinal oyunundan əvvəl də fəxri qonaqlar ilk matçla bağlı fikirlərini bölüşüblər. Onlar əvvəlki görüşün maraqlı və gərgin mübarizə şəraitində keçdiyini söyləyiblər.
Günün sonuncu qarşılaşmasından əvvəl də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. "Şuşa" komandası "Suqovuşan"ı 2:0 (25:17; 25:15) hesabı ilə məğlub edərək, ikinci finalçı olub.
Beləliklə, iyulun 22-də keçiriləcək final görüşündə "Kəlbəcər" və "Şuşa" komandaları üz-üzə gələcək.
Qeyd edək ki, Zəfər Kubokunun baş sponsoru "Avrora Group", İnformasiya dəstəkçisi "Report" agentliyidir. Turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu 100 manat pul mükafatı alacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu