Vuçiçin 48 saat proqnozu alt-üst oldu: Tramp İranla bağlı dünyanı BELƏ ALDADIR: YENİ DETALLAR

Vuçiçin 48 saat proqnozu alt-üst oldu: Tramp İranla bağlı dünyanı BELƏ ALDADIR: YENİ DETALLARSerbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ-ın yaxın 48 saat ərzində İrana hərbi zərbə endirəcəyi ilə bağlı açıqlaması beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Məsələnin nə dərəcədə real olduğu isə hələ də sual altındadır. Maraqlıdır, İran 48 saat içində vurula bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırkı hərbi-siyasi qarşıdurmanın necə nəticələnəcəyini indidən dəqiq demək mümkün deyil:
"ABŞ-ın İrana hərbi zərbə endirəcəyini qəti şəkildə iddia etmək doğru olmaz. Hətta ümumilikdə bu müharibənin nə vaxt başlayacağını müəyyənləşdirmək belə çox çətindir. Serbiya Prezidenti Aleksandr Vuçiç belə bir iddia irəli sürüb, ola bilsin ki, onun müəyyən kəşfiyyat məlumatları var. Avropa ölkələri və ya ABŞ bu barədə hansısa məlumatları bölüşmüş də ola bilər. Buna görə də belə bir açıqlama verib".
Vuçiçin 48 saat proqnozu alt-üst oldu: Tramp İranla bağlı dünyanı BELƏ ALDADIR: YENİ DETALLARPolitoloqun sözlərinə görə, mövcud mənzərə ABŞ-ın yaxın zamanda İrana qarşı hərbi müdaxiləyə hazırlaşdığını tam şəkildə təsdiqləmir:
"Hazırkı görüntülərdən çıxış edərək ABŞ-ın İrana nə vaxt və ümumiyyətlə zərbə endirib-endirməyəcəyini demək çətindir. İranın ətrafında olduqca mürəkkəb və gərgin vəziyyət formalaşıb. Səhnə arxasında isə diplomatik təmaslar davam edir".
Elçin Xalidbəyli qeyd edib ki, ABŞ rəhbərliyi də münaqişənin hərbi yox, siyasi-diplomatik yolla həllində maraqlı olduğunu bəyan edir:
"Donald Tramp son açıqlamalarında İranla bağlı problemin diplomatik yolla həllinə üstünlük verdiyini bildirib. ABŞ hərbi güc nümayiş etdirsə də, əslində İranla müharibədə maraqlı görünmür. Daha çox anlaşma istiqamətinə yaxın mövqe sərgiləyir. Əgər İran ABŞ-ın şərtlərini qəbul edərsə, iki ölkə arasında hərbi qarşıdurma baş verməyə də bilər".
Beləliklə, ekspertlərin fikrincə, Vuçiçin irəli sürdüyü 48 saatlıq müddət real ssenari kimi təsdiqlənmir və hazırda əsas proseslər diplomatik müstəvidə davam edir. ABŞ-İran münasibətlərində hərbi eskalasiyanın baş verib-verməyəcəyi isə yaxın günlərin deyil, daha geniş siyasi proseslərin nəticəsindən asılı olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 03 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbərlər xeber az son xabarlar idman xeberleri