Vüqar Mustafayev: "Xalqımız Vətən müharibəsi dövründə Pakistanın verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirir
"44 günlük Vətən müharibəsi dövründə Pakistanın verdiyi mənəvi dəstəyi Azərbaycan xalqı yüksək qiymətləndirir".
azxeber.com Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Milli Gününə həsr olunmuş tədbirdəki çıxışında deyib.
Fəxri qonaq qismində çıxış edən Vüqar Mustafayev Pakistan və Azərbaycan arasında münasibətlərin tarixinə toxunub.
O deyib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.
"Pakistan daima Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bu ölkə həmişə Ermənistanın təcavüzünü pisləyib. Pakistan işğalçı Ermənistanı tanımayıb, bu ölkə ilə diplomatik əlaqələr qurmayıb", - deyə azərbaycanlı nazir vurğulayıb.
Müdafiə sənayesi naziri qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır.
"Əminəm ki, əməkdaşlığımızın güclənməsi xalqlarımızın rifahına xidmət edəcək", - deyə Vüqar Mustafayev qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR