Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"
"Çox sevincliyəm. Azərbaycan xalqına və məşqçilərimizə təşəkkür edirəm. Bu qızıl medala hava-su kimi ehtiyacım var idi".
KONKRET.az xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ona inanan şəxsi məşqçisi Ramiz Ramizzadəyə də minnətdar olduğunu bildirib: "Sevinirəm. Uzun müddət medal qazana bilmirdim. Sonuncu dəfə 2019-cu ildə nəticə vermişəm. Qələbəmi ailəmə və şəxsi məşqçimə həsr edirəm. Heç kim mənə güvənməyəndə, onlar mənə inanırdı. Allah şəhidlərimizə rəhmət etsin. Medalımı həm də şəhid qardaşlarıma həsr edirəm".
İdmançı 1/4 final mərhələsində zədələnən gürcüstanlı rəqibi Tornike Poladişvilini çiynində daşıması barədə danışıb: "Poladişvili ilə şəxsi tanışlığımız var. Ayağının əzildiyini gördüm və onun orada qalmasını istəmədim. Bu, cüdonun gözəllikləridir. Bunu hər kəs etməlidir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu