Vüqardan maraqlı təklif: 'Başqa millətlə evlənib, geni dəyişmək lazımdır

Vüqardan maraqlı təklif: 'Başqa millətlə evlənib, geni dəyişmək lazımdırMüğənni Vüqar Muradov sosial media paylaşımı ilə diqqət çəkib.
azxeber.com xəbər verir ki, ifaçı qohum evliliklərindən, onların fəsadlarından danışıb.
Gələcək nəslin balaca boy, xəstə və yaraşıqsız böyüdüyünü deyən sənətçi, əməliyyat etdirən xanımlara da irad bildirib:
"Belə bir söz deyəcəyəm. Ola bilsin, çox insanların xoşuna gəlmədi. Amma bu bir reallıqdır, bununla barışmaq lazımdır. Qızlarımız, oğlanlarımız boydan çox balacadırlar. Cırtdanlaşma, cırlaşma gedir. Səbəb çox sadədir. Ən böyük səbəblərdən biri, Azərbaycanda qohum evlilikləridir. Əmiqızını əmioğluyla, xalaqızını xalaoğluyla, bibiqızını dayıoğluyla evləndirmək, bunlar ən böyük səbəblərdən biridir. Çünki qohum evliliyində olanda, çox böyük fəsadlar yaranır. Baxırsan, qızların, oğlanların burunları yekə, boyları çox balaca. Bu, cırtdanlaşma deməkdir. Deməli, geni dəyişmək lazımdır. Digər millətlərin nümayəndələriylə evlənmək lazımdır. Nə vaxta qədər məsələn, Lətafətlə Əflatun evlənəcək?Azərbaycanda da olan ləzgi, ukrayn, digər xalqın nümayəndələriylə evlənmək lazımdır ki, uşaqlar metis (red. - müxtəlif insan irqlərinin biri-biriylə evlənməsindən törəyən insan) olsun. Metis uşaqlar yaraşıqlı, istedadlı olur. Odur ki, əziz dostlar, bu, reallıqdır, bununla barışmalıyıq. Uşaqların gözəl, boylu-buxunlu, savadlı olmağı üçün, mütləq genetika dəyişməlidir. Digər millətlərin nümayəndələriylə evlənmək lazımdır. Əmiqızıyla əmioğlunu, xalaqızıyla xalaoğlunu evləndirmək, ata-ananın məcburiyyəti, istəyi ilə evlənmələrə son qoymaq lazımdır. Görürəm, qızlar, oğlanlar 1.50-1.55 boyunda, arıq, cılız, burunlar böyük. Tanıdığım qızların 70 faizi burunlarını əməliyyat etdirirlər. Bu, onun fəsadlarıdır", - deyə, o, söyləyib.
Aysel

Şou Biznes       Tarix: 24 may 2024
f Paylaş

Oxşar xəbərlər

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün apa.az xeberler en yeni xeberler dunya xeberleri