Vüsal İsgəndərlinin komandası ermənilərə uduzdu
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi Albaniya "Eqnatiya"sı bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
KONKRET.az xəbər verir ki, komanda ilk görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi "Ararat" ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada komandalar hərəyə 1 qol vurublar. Ona görə də görüş penaltilər seriyası ilə davam edib. "Ararat" penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
V.İsgəndərli sözügedən oyunda meydana start heyətində çıxıb. O, 62-ci dəqiqədə Alessandro Kaçbuli ilə əvəzlənib.
Qeyd edək ki, bu ay "Eqnatiya"ya keçən V.İsgəndərli "Ararat" ilə ilk oyuna ehtiyat oyunçular skamyasında başlayıb O, 59-cu dəqiqədə meydana daxil olub.
22:00. "Eqnatiya" (Albaniya) – "Ararat" (Ermənistan) – 4:4 (penaltilər seriyası – 2:4)
Qollar: Medeyros, 4, Kasa, 36, Dvamena, 108, 120+4 – Eza, 17, Kastaneyra, 58, Yenne, 110, Julio, 113
İlk oyun – 1:1
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi