Xameneinin nəvəsi haqda ŞOK MƏLUMATLAR YAYILDI - Görün nələr edib (FOTO)
Böyük Britaniyanın nüfuzlu nəşri Daily Mail İranın ali dini lideri Əli Xameneinin nəvəsinin Londonda iri həcmli daşınmaz əmlak portfelinə sahib olduğunu yazıb.
KONKRET.az xəbər verir ki, nəşrin araşdırmasına görə, Əli Xameneinin nəvəsi olan Əli Ənsarinin adına Şimali Londonun ən bahalı ərazilərində yerləşən 11 dəbdəbəli malikanə rəsmiləşdirilib. Bildirilir ki, bu mülklərin ümumi dəyəri 100 milyon funt sterlinqdən artıqdır.
Məlumata əsasən, sözügedən mülklər elit yaşayış zonalarında yerləşir və onların bir hissəsi klassik viktorian üslubda, digərləri isə müasir lüks memarlıq nümunələri kimi təqdim olunur. Nəşr qeyd edir ki, mülklər uzun illər ərzində mərhələli şəkildə alınıb və hamısı rəsmi sənədlərdə Əli Ənsarinin adına qeydiyyata düşüb.
Daily Mail yazır ki, bu faktlar İran daxilində tətbiq olunan sərt iqtisadi şərait, sanksiyalar və əhalinin üzləşdiyi sosial problemlər fonunda xüsusilə diqqət çəkir. Nəşr vurğulayır ki, İran rəhbərliyinə yaxın şəxslərin Qərb ölkələrində bu cür bahalı aktivlərə sahib olması ictimaiyyət arasında ciddi suallar doğurur.
Məqalədə həmçinin qeyd olunur ki, Əli Ənsari beynəlxalq biznes dairələrində tanınmış şəxsdir və müxtəlif ölkələrdə investisiya fəaliyyətləri ilə məşğuldur. Bununla belə, nəşr mülklərin alınmasında istifadə olunan maliyyə mənbələrinin detalları ilə bağlı açıq məlumatın olmadığını vurğulayır.
İran tərəfi və Əli Ənsarinin nümayəndələri isə hələlik yayılan iddialarla bağlı rəsmi açıqlama verməyiblər.
Natiq Səlim,
KONKRET.az

Ordubad RİH-ə yeni başçı təyin edildi
Veysəloğlu 'Dost Əllər' layihəsini davam etdirir
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
Şeydayevin yeni klubu rəsmiləşdi
Unibankda yeni sədr təyinatı oldu
Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - AÇIQLAMA
Brent markalı neftin qiymətində ŞOK ucuzlaşma başladı
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama
Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı - Vəziyyəti ağırdır
Ən təhlükəli vulkanlardan biri yenidən püskürdü
İranda siyasi böhran yaranacaq – Pezeşkianın istefası ilə bağlı mühüm açıqlama
İran İraq və Küveyt sərhədinə qoşun yeridir – Təcili Xəbərdarlıq
"Sabah" "Orhus"la qarşılaşacaq
"Qarabağ" – "Dinamo": İlk görüş bu gün keçiriləcək
ABŞ və İran arasında kritik 48 saat