Xandanyan: "Ərdoğanın Şuşa ilə bağlı son açıqlaması narahatlıq doğurur"
"Praktikada bu cür bəyanatlar və onların ardınca baş verə biləcək hərəkətlər səmərəsizdir və regionda sülh və sabitliyin əldə olunması prosesinə töhfə vermir".
KONKRET.az xəbər verir ki, bunu iyunun 14-də jurnalistlərə müsahibəsində hakim "Mülki Müqavilə" partiyasından olan deputat, Parlamentin Xarici Əlaqələr Daimi Komissiyasının rəhbəri Sarkis Xandanyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada baş konsulluğun açılması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ərdoğan bir tərəfdən regionda sabitliyin və sülhün bərqərar olmasının zəruriliyini bəyan edir, digər tərəfdən isə bu prosesə töhfə verməyən bəyanatlar verilir. "Ona görə də bu bəyanat narahatlıq doğurur. Hadisələrin inkişafını izləmək lazımdır", – deyə Xandanyan qeyd edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Ankaranın "istədiyiniz zaman Şuşada baş konsulluq açmağa hazır olduğunu" bildirmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi