"Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis olacaq
AFFA Region Liqasında çıxış edəcək "Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis İbrahim Uzunca olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə report-a yeni yaradılan komandanın icraçı direktoru Vasif İsmayılov məlumat verib.
O, "Xankəndi"nin 2024/2025 mövsümünə ciddi hazırlaşdığını bildirib:
"Yeni baş məşqçi ilə bir çox məsələlərdə razılıq əldə etmişik. Xırda detallar həllini tapdıqdan sonra onun keçidi rəsmiləşəcək. İbrahim Uzunca ilə daha əvvəl "Füzuli" komandasında bərabər çalışmışıq. Azərbaycan minifutbol yığmasının heyətində çıxış edən oyunçuları heyətimizə cəlb etmişik. Bundan başqa, "Qəbələ" akademiyasının yetirməsi olan Kamil Nəzərli də artıq bizimlə olacaq. Hədəfimiz yarışı qalib kimi başa vurmaq və II Liqada çıxış etməkdir".
Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayı ərzində başlaması nəzərdə tutulub.

21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Babək prospektində yanğın başladı – FOTOLAR
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər
Nihat Kahveci arvadını döydü, saxlanıldı
Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Yelo Bank-ın "Summer Challenge" yay təcrübə proqramı başladı - FOTOLAR
AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur
Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO
Teleqramda daha bir yenilik