Xankəndidə bayram süfrəsində QƏTL - Bir erməni digərini ÖLDÜRDÜ
Xankəndidə qətl hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun "polis"i məlumat yayıb.
Yanvarın 1-də saat 11:30-da "polis"ə şübhəli davranışı olan bir nəfərin olması barədə məlumat daxil olub və daha yüksək qərar verilməsini tələb ediblər.
Hadisə yerinə gedən əməliyyat qrupu Ermənistanda qeydiyyatda olan 58 yaşlı şübhəli şəxsi saxlayıb.
Axtarış zamanı onun üzərindən 58 yaşlı Xankəndi sakininin pasportu aşkar edilib. Bundan sonra "əməliyyat qrupu" mənzilə gedib və orada onun üzərində zorakılıq izləri olan meyiti aşkar edilib.
Məlum olub ki, yanvarın 1-də saat 02:00 radələrində mənzildə Ermənistandan qonaq gələn erməni ilə Xankəndi separatçısı yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Bu zaman sərxoş erməninin biri digərinin başına stulla vurub. Nəticədə o, yerindəcə ölüb.
Maraqlıdır, "blokadada" olan Qarabağa Ermənistandan erməni necə qonaq gəlib? Bəlkə sülhməramlıların təminat-təchizat adı altında yük maşınlarında gəlib. Deməli, yol da açıqdır, yemək-içmək də var. Sadəcə, şüvən salmağa bir növ adətkardırlar.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır