Xaricdən avtomobil gətirənlər üçün PİS XƏBƏR - QƏRAR DƏYİŞDİ

Xaricdən avtomobil gətirənlər üçün PİS XƏBƏR - QƏRAR DƏYİŞDİNəqliyyatda istifadə edilən yanacaqlar üzrə Avro standartlarının tarixi ekoloji amillərlə bağlıdır və hazırda dünyada elektrik mühərrikli və təbii qazla işləyən (CNG) avtomobillərə marağın artması da ekoloji faktordan qaynaqlanır. Bu baxımdan karbürator tipli mühərriklərin dövrü uzun zaman davam edə bilərdi, əgər gündəmə ekoloji məsələlər gəlməsəydi.
Bu ilin mart ayında Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minib.
Belə ki, gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq. Avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov Referans.az-a bildirib ki, yeni qərar avtombil bazarında qiymətlərin artmasına səbəb olacaq:
"Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəyə gəlişinə məhdudiyyət qoyulcaq. Ümumiyyətlə, bu məhdudlaşdırma lazım idi. Çünki nəqliyyat vasitələri ölkədə həddindən artıq çox olduğu üçün yollarda intensivlik artır və tıxaclar əmələ gəlir. Yol hərəkətinin təhlükəsizliyi haqqında xüusi proqram var idi. Həmin proqramda da bildirilmişdi ki, köhnə avtomobillərin ölkədə sayı azaldılmalıdır. Amma bu proqramın icra mexanizmi olmadı. Buna görə də, ölkədə köhnə avtomobillərin azaldılması ilə yenilərinin gətirilməsi pralel olmalıdır".
Ekspert qeyd edib ki, hazırda ölkədə dizel və benzin mühərriklə işləyən avtomobillərin istehsalı və təmirinə maraq kifayət qədər çox olduğu üçün elktromobillərin ölkəyə gətirilməsi uzun müddət çəkəcək. Onun sözlərinə görə, qiymət artımı bu sahəyə təsir etməlidir qaçınılmazdır: "Müəyyən müddətdə nəqliyyat vasitələrinin qiymətində artım da ola bilər. Əsas məsələ yol hərəkəti sahəsində təhlükəsizliyin təmin edilməsidir. Ümumi ictimai nəqliyyatın hərəkətində dəyişiklik olmalıdır".
İqtisadçı ekspert Xalid Kərimli isə bildirir ki, artıq bu qərarın təsirini bu ildən etibarən hiss etməyə başlamışıq:
"Qayda bu ilin mart ayından verilib. Nazirlər Kabinetinin qərarına əsasən istismar müddəti 10 ili keçən avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulmasıdır. Bunun təsirini biz artıq bu ildən hiss edirik. Məsələ ondan ibratədir ki, 2023-cü ildə və ya avtomobillərin son bir neçə ayda ölkəyə gətirilmə statistikasına baxsaq, Azərbaycana daha çox yeni avtomobillər gəldiyinə görə ölkəyə idxal olunan avtomobillərin dəyərində də artım olduğunu görərik. Çünki köhnə və daha ucuz avtomobillərin gəlişi qadağan edilib".
İqtisadçı qeyd edib ki, hər hansı məhdudlaşdırıcı qayda bazarda qiymətlərin bahalaşmasına gətirib çıxarır. Onun sözlərinə görə, bazar tələb və təklif əsasında formalaşır və bu məhdudiyyət bazarda qiymətlərin dəyişməsinə səbəb olur: "Tələb ölkə əhalisinin tələbidir, təklif dəyişdikcə də qiymətlər ona uyğun tənzimlənir. Bizdə bunu müşahidə etdik ki, ötən ildən köhnə avtomobillərin bazara gəlməməsi avtomobil bazarında orta avtomobil alış dəyər qiymətini artırıb. Bunun da səbəbi odur ki, köhnə və ucuz avtomobillərin sayı azaldıqca qiymətələrə də təsir göstərir".
"Ekologiyaya təsiri minimallaşdırmağa çalışırlar. Bu da kifayət qədər əsaslı səbəbdir. Eyni zamanda bu qərarı təhlükəsizlik və istismar məsələləri ilə əlaqələndirirlər. Qərarı iqtisadi yox, daha çox ekoloji və təhlükəsizlik baxımından əsaslandırırlar. Amma iqtisadiyyata da təsirsiz ötüşməyəcək", – deyə Xalid Kərimli əlavə edib.

Sosial       Tarix: 06 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xeber cəbhədən son xəbər dunya xeberleri