Xarici diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblər

Xarici diplomatlar və hərbi attaşelər Zəngilan və Qubadlıya səfər ediblərAzərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər dekabrın 10-da Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.
azxeber.com "report"a istinadən xəbər verir ki, səfərdə iqamətgahı Bakı və Ankarada yerləşən 70-ə yaxın səfirlik və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri - səfirlər, rəhbər şəxslər və digər diplomatlar, hərbi attaşelər, həmçinin Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Diplomatlar və hərbi attaşelər əvvəlcə Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Hava limanının direktoru Vüqar Həsənov qonaqlara aeroport haqqında məlumat verib.
Səfər Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinqlə davam edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan və Qubadlı rayonlarının tarixi, demoqrafik vəziyyəti, strateji əhəmiyyəti və iqtisadi potensialı, Ermənistanın 30 ilə yaxın hərbi işğalı nəticəsində vurulmuş ziyan haqqında ətraflı məlumat verib. Hikmət Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunduqdan sonra burada həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri barədə danışıb, mina problemi, Zəngəzur dəhlizi və Azərbaycanın sülh gündəliyi kimi məsələlər üzrə ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Zəngilan və Qubadlı şəhərlərinin baş planları barədə təqdimatla çıxış edib.
Digər çıxış edənlər - Azərbaycan Respublikası Prezidentinin Zəngilan, Qarabağ və Şuşada xüsusi nümayəndələri Vahid Hacıyev, Emin Hüseynov və Aydın Kərimov qonaqlara görülən işlər barədə məlumat veriblər.
Brifinqdən sonra iştirakçılar Zəngilan şəhərinə yola düşüblər. Yolüstü Oxçuçayın keçdiyi ərazidə onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi tərəfindən Ermənistanın və bir sıra əcnəbi şirkətlərin məqsədyönlü şəkildə çaya tullantılar buraxmaqla törətdiyi ekoloji terror, vurulmuş ziyan barədə məlumat verilib.
Zəngilan şəhərində iştirakçılar Ermənistanın törətdiyi dağıntıların miqyası və hazırda həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məscid, habelə ilk yaşayış binası, məktəb və digər layihələrlə yaxından tanış olublar.
Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gələn xarici qonaqlara "Ağıllı kənd" layihəsi, kənd infrastrukturu, Arximed turbini tipli Su Elektrik Stansiyası barədə məlumat verilib.
Səfər Qubadlı şəhərində davam etdirilib. Qubadlıda qonaqlar Ermənistanın viran qoyduğu şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub, şəhər mərkəzinə və həyata keçirilən infrastruktur layihələrinə baxıblar.
Sonda səfərdə iştirak edən səfirlər və rəhbər şəxslər, diplomatik korpusun digər üzvləri və hərbi attaşelər, habelə Türkiyə Respublikasının dövlət qurumlarının nümayəndələri Zəngilan Beynəlxalq Hava Limanından xüsusi çarter reysləri ilə Bakı və Ankara şəhərlərinə yola salınıblar.

Sosial       Tarix: 11 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər maşın realiti şou ən son xəbər son xeberler azerbaycan