Xəbərdarlıq edildi: "Rusiyaya qarşı sərt sanksiyalar edilsə..."

Xəbərdarlıq edildi: ABŞ-ın Rusiyaya qarşı tətbiq edilməsi ehtimal olunan sanksiyaları dünyada maliyyə böhranına səbəb ola və bu qlobal iqtisadiyyaya sarsıdıcı zərbə endirə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Qərb mediası yazır.
"New York Times" qəzetində dərc olunan məqalədə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının maliyyə böhranına səbəb olacağı və qlobal iqtisadiyyata ciddi zərbə vura biləcəyi bildirilib.
Məqalədə Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər inkişaf etmiş ölkələrin, xüsusən də Avropa ölkələrinin iqtisadiyyatlarını sarsıda, qlobal maliyyə sisteminin sabitliyini təhlükə altına qoya biləcəyi anons edilir.
Məqalədə deyilir: "ABŞ rəsmilərinin Rusiyaya qarşı tətbiq etməklə hədələdiyi son dərəcə sərt sanksiyalar yüksək inflyasiyaya, birjaların çökməsinə və digər maliyyə böhranına səbəb ola bilər".
Məhdudiyyətlər milyarderlərdən tutmuş, dövlət məmurlarına və orta səviyyəli ailələrə qədər, amerikalıların özlərinə də zərər verəcək.
Qeyd edilir ki, Rusiyanın bu addımlara cavab verə, "Avropaya qaz tədarükünü məhdudlaşdırmaq" kimi addımlara gedə bilər. Məqalədə xatırladılıb ki, daha əvvəl Rusiya kimi böyük iqtisadiyyatı olan ölkələrə qarşı hərtərəfli sanksiyalar tətbiqinə cəhd edilməyib.
Qərb ölkələri Ukraynada gərginliyin artacağı təqdirdə Rusiyaya qarşı "görünməmiş sanksiyalar" tətbiq etməklə hədələyir.
"Royter" agentliyi Ağ Evdəki rəsmi mənbələrə istinadən daha əvvəl xəbər verib ki, məhdudiyyətlər maliyyə institutlarına, aerokosmik, dənizçilik, robot texnikası, süni intellekt, kvant hesablamaları və müdafiə sənayesi sektoruna təsir göstərə bilər.
Rusiya isə dəfələrlə Qərbin və Ukraynanın aqressiv hərəkətlərlə bağlı ittihamlarını rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etməyəcəyini bəyan edib. Ruslar qeyd edirlər ki, "Rusiya təcavüzü" ilə bağlı bəyanatlar NATO tərəfindən Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika yerləşdirmək üçün bəhanə kimi istifadə edilib.
Qeyd edək ki, Moskva təhlükəsizlik zəmanəti ilə əlaqədar olaraq qərbdən NATO-nun şərqə doğru genişlənməsindən imtina edilməsinə dair hüquqi təminat tələb edir. Hərbi Alyans isə Şərqi Avropada hərbi mövcudluğunu artırmamağa davam edir./teleqraf/

Siyasi       Tarix: 01 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat maşın realiti şou cəbhədən son xeber sonxeberler